Rusiya

Yanğın baş verən ev buz sarayına çevrildi - FOTO

13 Yanvar 2023 19:00
Baxış: 1 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ufa şəhərində alovlara bürünən ev buz sarayına çevrilib.

Yanğınsöndürənlər ikimərtəbəli taxta evdə yanğını söndürüblər. Hər şey -37 dərəcə temperaturda baş verdiyi üçün bina hər tərəfdən buz təbəqəsi ilə örtülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hətta yanğınsöndürənlər daim bir-birini əvəz etmək, növbə ilə isinmək və güclərini bərpa etmək məcburiyyətində qalıblar.

Hadisə yerindən maraqlı fotolar Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi "Telegram" kanalında yayımlanıb.

Qurumdan həmçinin bildiriblər ki, güclü şaxta səbəbindən texnika və avadanlıqlar da buz bağlayıb və sıradan çıxıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.