Rusiya

Piyada keçidində ağır qəza - VİDEO

27 Dekabr 2022 19:08
Baxış: 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada, Krasnodarda BMW sürücüsü nizamlanmayan piyada keçidində üç uşaqlı təqaüdçünü vurub.

Milli.Az bildirir ki, hadisə videoya çəkilib, görüntüləri "Podyom" Telegram kanalı yayıb.

Kadrlarda qadının üç uşağı əlindən tutaraq piyada keçidi üzərində yolu necə keçdiyi görünüb. Keçidin sonunda dördü də sağdan yaxınlaşan avtomobilə tərəf dönüb, maşın isə onları yıxıb və ancaq vurandan sonra dayanıb. Hadisədən sonra bir uşaq yan tərəfə qaçıb. Qəzanın şahidləri zərərçəkənlərə kömək etmək üçün onlara yaxınlaşıb.

Daxili İşlər Nazirliyinin rayon Baş İdarəsindən bildirilib ki, xəsarət alan uşaqlar üç yaşından doqquz yaşadəkdir, hamısı xəstəxanadadır. Toqquşma zamanı qadın xəsarət almayıb. BMW sürücüsü ev dustaqlığındadır, barəsində cinayət işi başlanıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.