Rusiya

"Son sutkada Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə 55 hücum təşkil edib" - Ukrayna Baş Qərargahı

19 Dekabr 2022 14:49
Baxış: 1 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Son sutkada Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə 55 hücum təşkil edib. Bu hücumlar "Şahed-136" tipli PUA-lar və raketlər vasitəsilə həyata keçirilib".

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumatında yer alıb.

Bildirilib ki, Volın və Poliske istiqamətlərində vəziyyət ciddi dəyişməyib:

"Qarşı tərəf Siverski, Slobojansk, Kupyansk, Baxmut, Zaporojye və Xerson istiqamətində müxtəlif yaşayış məntəqələrini atəşə tutub. Ukrayna aviasiyası ötən gün ərzində şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 9, düşmənin zenit-raket komplekslərinin mövqelərinə isə 3 zərbə endirib".

Məlumata görə, Ukrayna müdafiə qüvvələri düşmənin 2 silah-sursat anbarını və bir neçə nəzarət postunu vurublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.