Rusiya

Moskva məktəblərində onların mahnıları qadağan edildi

16 Dekabr 2022 19:56
Baxış: 1 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva məktəblərində şagirdlərdən diskoteka üçün sevdikləri mahnıları göndərmələri xahiş olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, lakin məktəblilərə əvvəlcədən siyahıya daxil olunması qadağan edilən bir neçə rusiyalı ifaçıların adları da təqdim olunub.

Onlar arasında xarici agent kimi tanınan Valeri Meladze, Zemfira, Vera Brejneva, Morqenştern, Manija kimi müğənnilər və "2Maşa", "Bi-2" kimi qruplar yer alıb.

Məkətbin bu addımını Moskvanın Təhsil Departamenti alqışla qarşılayıb:

"Paytaxt uşaqlarının zövqü yaxşı inkişaf edib və onlar özləri üçün bayram əhval-ruhiyyəsi yaradacaq kompozisiyaları seçə bilirlər. Məktəblərimizdə uşaq bayramı üçün layiqli musiqi seçməyi bacaran əsl peşəkarlar işləyir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.