Rusiya

Puşkini dueldə öldürən şəxsin FOTOsu 5200 dollara satıldı

16 Dekabr 2022 19:00
Baxış: 1 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rus şairi Aleksandr Puşkini dueldə öldürən Jorj Dantesin fotosu 5200 dollara hərracda satılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Ədəbiyyat fondu" hərracının mətbuat xidməti məlumat yayıb.

"XIX əsrin ikinci yarısı - XXI əsrin əvvəlləri" adlı hərracda ümumilikdə 230-dan çox nadir fotoşəkil təqdim olunub. Hərrac iştirakçıları əksər lotların ilkin dəyərini artırıblar.

Dantesin portretinin qiyməti üç dəfədən çox artırılıb. Şəklin ilkin qiyməti 1400 min dollar olub.

1837-ci ildəki dueldən sonra Dantes Rusiyanı tərk edərək Fransaya gedib və burada siyasi karyera qurub. Foto 1865-ci ildə Parisdə çəkilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.