Rusiya

Yeni dəhşətli hücum başlayır: Putin nəticə istəyir

26 Oktyabr 2022 11:36
Baxış: 3 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 15-dək Rusiya, oktyabrın 10-da olduğu kimi, Ukraynaya daha bir neçə kütləvi, qanlı raket hücumu həyata keçirə bilər. Məqsəd Ukraynanı danışıqlara razı salmaqdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

"Çox güman ki, bəzi raket ehtiyatları anbardan çıxarılır, qaydaya salınır və raket zərbələrinin növbəti mərhələsinə hazırlanır", - Jdanov söyləyib.

O qeyd edib ki, bununla Rusiya Prezidenti Vladimir Putin noyabrın 15-də Balidə keçirilməli olan G20 sammitində konkret nəticə əldə etmək niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.