Rusiya

Valideynlərə “WhatsApp” qadağası qoyuldu

18 Oktyabr 2022 19:48
Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Təhsil Nazirliyi müəllim və valideynlərə "WhatsApp" da daxil olmaqla bütün xarici messencerlərdən (o cümlədən "Viber", "Skype", "Google Drive" və s.) təhsil prosesində və ya iş yerində istifadə etməyi yasaqlayıb. Qurum "VKontakte" istifadəsinə keçməyi tövsiyə edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əvvəl belə tədbirlər Rusiyanın ayrı-ayrı vilayətlərində (Sankt-Peterburq, Nijni-Novqorod, Kursk və s.) görülüb. Belə ki, regional təhsil idarələri məktəb, kollec və universitetlərdən xarici internet xidmətlərindən istifadənin dayandırılması tələb edib. Rəsmilər buna səbəb kimi təhlükəsizliyi göstəriblər.

Təhsil Nazirliyi ölkə boyu bütün məktəblərdə xarici messencerlərdən istifadə etməmək barədə tövsiyələrin yayılmasını təsdiqləyib, lakin bunu yalnız "Mənim Məktəbim" dövlət sistemi və onun komponentləri ilə işləməyə aid olduğunu iddia edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory