Rusiya

Putin nüvə eşelonunu Ukrayna sərhədinə göndərdi - Şok

4 Oktyabr 2022 18:01
Baxış: 2 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Ukrayna sərhədində nüvə silahının nümayişkaranə partlayışını təşkil etməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Tayms" nəşri hərbi mənbələrə istinadən məlumat yayıb.

"Rusiya Prezidenti Vladimir Putin mərkəzi rayonlardan Ukrayna sərhədinə xüsusi hərbi texnika qatarı göndərib. Hərbi ekspertlərin fikrincə, bu texnika Rusiyanın nüvə arsenalına nəzarət və istismarına cavabdeh olan Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinə məxsusdur", - nəşr bildirib.

Məlumata görə, Moskva çox güman ki, nüvə silahını Qara dənizdə sınaqdan keçirəcək.

"Belə bir silahın sınağının döyüş meydanında keçirilməsi böyük riskdir. Çünki adicə səhv nəticəsində Rusiyanın sərhədyanı şəhərləri də ziyan çəkə bilər", - mənbə bildirib.

Eşelonun hərəkəti ilə bağlı oktyabrın 2-də Rusiya Teleqram kanalları məlumat yaymışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.