Rusiya

“Meta” Rusiyanı dezinformasiya yaymaqda ittiham edir

28 Sentyabr 2022 19:08
Baxış: 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın "Meta" korporasiyası (keçmiş "Facebook") Rusiyanı dezinformasiya yaymaqda ittiham edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, Rusiya tərəfi Britaniyanın "The Guardian" qəzeti, həmçinin Almaniyanın "Der Spiegel" jurnalı da daxil olmaqla, tanınmış xarici xəbər resurslarını təqlid edən 60-dan çox sayt yaradıb.

Bundan əlavə, Rusiya tərəfinin 1600 saxta "Facebook" hesabı yaratdığı, bunlardan etibarsız mənbələrə keçidlərin yerləşdirilməsi üçün istifadə edildiyi bildirilib.

"Bir neçə dəfə dezinformasiya əməliyyatına Rusiyanın Avropa və Asiyadakı səfirliklərinin rəsmi "Facebook" səhifələri də qoşulub", - deyə sosial şəbəkənin qlobal təhlükələrin yayılmasına qarşı mübarizəyə cavabdeh olan xüsusi bölməsinin rəhbəri David Aqranoviç qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.