Rusiya

Üç aylıq körpəsini yerə çırpan gənc ana həbs edildi

13 Avqust 2022 13:22
0 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Omsk vilayətinin Qorki rayonundakı evdə avqustun 10-da hüquq-mühafizə orqanlarının əməkdaşları üç aylıq uşaq meyiti tapıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, körpənin ölümü ilə bağlı cinayət işi başladılıb. Baş verən hadisədə uşağın 20 yaşlı anasını əli olduğu hesab edilir.

Araşdırma zamanı məlum olub ki, körpənin 20 yaşlı anası və atası spirtli içki qəbul etdikdən sonra mübahisəyə başlayıblar. Bu zaman qadın: "Sənə nifrət edirəm!" - deyə qışqıraraq uşağı yerə çırpıb.

Qadın rəsmi nikahda olmayıb. Son üç ay ərzində o, iki oğlu ilə tək yaşayıb. Üç yaşlı uşaq atasına verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.