Rusiya

Putinə böyük zərbə: Rusiya zəifləyir - “Enerji müharibəsi”ndə kritik vəziyyət

2 Avqust 2022 14:44
0 Şərh     Baxış: 1 071

Rusiya ilə Avropa arasında başlayan "enerji müharibəsi" hər iki tərəfi ciddi şəkildə sarsıtmağa başlayıb. Avropa alternativ variantlar axtarsa da, minlərlə insan işini itirmək təhlükəsi ilə üz-üzədir. Rusiya isə Qərb tərəfindən tamamilə kənarlaşdırıldıqdan sonra Asiya bazarlarında gözlənilməz sürprizlə üzləşib. Mütəxəssislər Rusiyanın Çin və Hindistanla danışıqlarda strateji mövqeyinin sarsıldığını irəli sürürlər. Enerji böhranı ilə bağlı son vəziyyət...

Rusiya fevralın 24-də Ukraynaya hücum etdikdən sonra "enerji müharibəsi"nə başlayıb və bu yaxınlarda Avropaya qaz nəqlini xeyli azaldıb. Rusiyanın bu addımından sonra enerjidən istifadəyə qənaət etmək qərarı verən Avropa ölkələrinin gördüyü tədbirlər dünya mediasının gündəmindədir.

Mili.Az musavat.com-a istinadən olaraq Yale Universitetinin mövzu ilə bağlı araşdırmasını təqdim edir:

AVROPA ŞƏHƏRLƏRİ QARANLIĞA QƏRQ OLUR

Rusiya qazından asılı olan Almaniya tarixi məkanların işıqlandırılmasını dayandırıb. Əksər Avropa ölkələri də şəhər küçələrində işiqlandırmanı azaldıb. İspaniya isə ofislərdə kondisionerlərə məhdudiyyətlər qoyub.

RUSİYADA VƏZİYYƏT FƏRQLİ DEYİL

Avropanın qaz ilə bağlı ciddi böhran içində olduğu danılmaz faktdır, lakin ekspertlərin fikrincə, Rusiyada da vəziyyət fərqli deyil. Yale Universitetinin təhlilinə görə, Rusiya Avropaya qaz nəqlini azaltdıqdan sonra ciddi təzyiq altındadır.

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Qərbin sanksiyaları ilə üzləşən Rusiyanın iqtisadiyyatı gözləniləndən yaxşı tab gətirib. Əksər analitiklər bunun neft və qaz sənayesindən əldə edilən yüksək gəlirlə əlaqədar olduğu qənaətindədir.

Lakin Yale Universitetinin professoru Jeffrey Sonnenfeldin araşdırmasına görə, Rusiya iqtisadiyyatı beynəlxalq sanksiyalardan ciddi şəkildə sarsılıb və bundan sonra da zərər çəkməyə davam edəcək.

PUTİNİN VƏ AVROPANIN PLANLARI

Yale Universitetinin ekspertlərinin təhlilinə görə, Rusiyanın ümumi ixrac gəlirləri ümumi dövlət büdcəsinin yarıdan çoxunu təşkil edir. Rusiyanın "enerji kartı"ndan təhdid kimi istifadə etdiyini bildirən Avropa Birliyi 2022-ci ilin sonuna qədər Rusiyadan bütün idxalı qadağan etməyi planlaşdırır.

Rusiya prezidenti Vladimir Putin isə Avropaya enerji ixracının kəsilməsinin təsirini azaltmaq üçün Asiya bazarlarına üz tutub.

RUSİYANIN STRATEJİ STATUSU ZƏRBƏ ALTINDA

Qərbdən təcrid olunmuş Rusiya digər ixracatçılarla daha sıx əlaqələr yaratmağa çalışsa da, qiymətə önəm verən alıcılar Rusiyanın əvvəlki kimi güclü olmadığını bilir və endirim üçün ciddi danışıqlar aparılır.

"Avropa ilə böhran Rusiyanın Çin və Hindistanla danışıqlarda strateji mövqeyini məhv edib və onun mövqeyini geri dönülməz şəkildə pisləşdirib", - Universitetinin araşdırmasında bildirilir.

AVROPA ÇƏTİN VƏZİYYƏTDƏ

Rusiyadan təbii qaz tədarükü azaldığı üçün Avropa öz iqtisadiyyatını ayaqda saxlamaq məqsədilə hər cür cəhd göstərir. Kömürlə işləyən elektrik stansiyaları yenidən istifadəyə verilir, mayeləşdirilmiş təbii qaz üçün terminallara milyardlar xərclənir, dövlət başçıları enerji sövdələşmələri üçün Qətər, Azərbaycan, Norveç və Əlcəzairə səfərlər edirlər.

Bununla belə, ekspertlər qazın qiymətində ciddi artıma diqqət çəkir və Avropanın "kürəyindən bıçaqlanmış" vəziyyətdə olduğunu bildirirlər.

MİNLƏRLƏ İNSAN İŞSİZ QALA BİLƏR

Rusiyadan qaz nəqlinin dayandırılması nəticəsində Avropada müəssisələrin, fabriklərin bağlama ehtimalı artır. Nəticəsində minlərlə insan işsiz qala bilər.

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics