Rusiya

"Rusiya Silahlı Qüvvələrində fərarilik və itaətsizlik artır" - Müharibə Araşdırmaları İnstitutu

12 İyul 2022 12:37
0 Şərh     Baxış: 1 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətində fərarilik və itaətsizlik artır".

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun məlumatında bildirilib.

"Müqavimət hərəkatı qarşı tərəfin işğal olunmuş ərazilər üzərində inzibati nəzarəti gücləndirməsinə mane olur. Ukrayna partizanları əməkdaşlıq edənləri və işğalçıları uğurla "ovlayır"", - məlumatda qeyd olunub.

Həmçinin qeyd olunub ki, Rusiyanın 49-cu Əlahiddə Ümumqoşun Ordusunun 205-ci ayrı-ayrı motoatıcı briqadasının 300 hərbçisi Ukraynada döyüşməkdən imtina edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya ordusunun cənub istiqamətində mövqelərini saxlamağa çalışdığı, hücum hərəkətləri etmədiyi barədə məlumat verilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.