Xalq artisti Əminə Yusifqızı ilə əlaqədar 09.10.2025-ci il tarixində saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.
Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən xalq artistinin həkiməqədər ölüm faktı qeydə alınıb",- deyə əlavə edilib.
Allah rəhmət eləsin!
Milli.Az