TƏBİB-dən Xalq artisti Əminə Yusifqızının vəfatı ilə bağlı AÇIQLAMA

9 Oktyabr 2025 15:45

Xalq artisti Əminə Yusifqızı ilə əlaqədar 09.10.2025-ci il tarixində saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən xalq artistinin həkiməqədər ölüm faktı qeydə alınıb",- deyə əlavə edilib.

Allah rəhmət eləsin!

Milli.Az