Rusiya

Məhkəmə binasında qanlı qarşıdurma: Müttəhimin nəzarətçilərə hücum anı kamerada - VİDEO

10 İyun 2022 17:15
0 Şərh     Baxış: 1 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada məhkəmə binasında müttəhim nəzarətçiyə və məhkəmə icraçısına silahlı hücum edib. Baş verənlər müşahidə kameraları tərəfindən qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Rostovda müttəhim İvan Kostyukovu məhkəmə binasından çıxarmaq istəyərkən baş verib. Kadrlarda ilk olaraq dəhlizdə müttəhimlə nəzarətçi arasında mübarizə görünür: Kostyukov əlindəki iti əşya ilə hüquqmühafizəçiyə azı 15 dəfə vurur (Onun iti əşyanı necə gətirə bildiyi məlum deyil), nəticədə nəzarətçi huşunu itirir. Bundan sonra müttəhim zərərçəkənin silahını götürür, onu doldurub qaçmağa çalışır. Bundan sonra o, məhkəmə icraçısı isə qarşıdurmaya girir. Kadrlarda onlar arasında atışma anı və hüquq-mühafizə orqanının əməkdaşının yaralanması əks olunub.

Bununla belə Kostyukov məhkəmə zalını tərk edə bilmir. Onun özü də yaralanır və pəncərədən qaçmaq istəyərkən polis onu tərksilah edib.

Bildirilir ki, bundan sonra kişi həmçinin "həyata qəsd" maddəsi ilə ittiham olunacaq.

Məhkəmənin xəsarət alan əməkdaşlarının hazırda xəstəxanada olduğu deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.