Rusiya

Binanın girişini bağlayan BMW yandırıldı - VİDEO

2 İyun 2022 15:30
1 Şərh     Baxış: 2 143
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sankt-Peterburqda evlərdən birinin yaxınlığında BMW markalı avtomobil tamamilə yanıb. Video "Piteraç" "Telegram" kanalında yayımlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Fəhlə bulvarında baş verib. Kişi avtomobilini birbaşa binanın girişində saxlayıb və bununla da həyətə giriş-çıxışın qarşısını kəsib. Bu da yerli sakinlərdən birinin xoşuna gəlməyib və o, avtomobilə yaxınlaşaraq onun üzərinə yanar maye səpib, avtomobili yandırıb. Nəticədə avtomobil tamamilə yanıb. Bu anlar kameralara əks olunub. 

BMW-dən başqa, yaxınlıqda dayanmış "Kia Rio" da zərər çəkib. Yanğının təsirindən avtomobilin qabaq bamperi və farası əriyib. Polis hadisəni törədən şəxsi axtarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.