Rusiyanın Tümen şəhərinin sakini yeniyetmə övladını təpiklə vurub və hadisə təhlükəsizlik kamerasına düşüb.
Görüntülərdə ananın digər qadınla söhbət etdiyi və bu zaman yeniyetmənin uşaq arabasını dartdığı görünür.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu görən ana gözlənilmədən yeniyetməni təpiklə vuraraq onu yerə sərir.
Xoşbəxtlikdən uşaq dərhal ayağa qalxaraq yeriməyə başlayır və onun ciddi xəsarət almadığı görünür.
Milli.Az