Rusiya

Xalq artisti xanımı ilə qəzada vəfat etdi - FOTO

30 Mart 2022 20:12
0 Şərh     Baxış: 3 430
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Başqırdıstanın Xalq artisti, "Sterlitamak" teatr-konsert birliyinin aktyoru Faim Axmedyanov həyat yoldaşı ilə yol qəzasında dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hadisə Axmedyanovlar qohumlarının dəfn mərasiminə gedərkən baş verib. Aktyorun idarə etdiyi avtomobil qarşıdan gələn yük maşını ilə toqquşub. Cütlük yerindəcə keçinib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Qeyd edək ki, Faim Xosna adlı xanımla evli idi. O, müəllim kimi fəaliyyət göstərirdi. Cütlüyün iki övladı var. Aktyor 2021-ci ildə Başqırdıstan Respublikasının Xalq artisti fəxri adını alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.