Rusiya

Senat Rusiyadan uran idxalını da qadağan edir

18 Mart 2022 17:48
0 Şərh     Baxış: 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın respublikaçı senatorları Senata Ukrayna hadisələri ilə əlaqədar Rusiyadan uranın idxalını qadağan edən qanun layihəsi təqdim ediblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə sənədin müəlliflərindən biri, Senatın Vayominq ştatından olan üzvü Con Barosso deyib.

"Rusiyanın bütün enerji resurslarını Amerika bazarından həmişəlik çıxarmağın vaxtı çatıb. Biz bilirik ki, Vladimir Putin bu pulları Ukraynadakı amansız və əsassız müharibəsini maliyyələşdirmək üçün istifadə edir. Rusiyadan neft, qaz və kömür idxalına qadağa mühüm addımdır, lakin bunlar sonuncu ola bilməz", - deyə Barosso bildirib.

O əlavə edib ki, bu qadağa nəinki Rusiyanı hərbi əməliyyatlar üçün lazım olan vəsaitdən məhrum edəcək, həm də ABŞ-da uran istehsalına da stimul verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.