Rusiya

Moskvada da koronavirusa qarşı məhdudiyyətlər yumşaldıldı

3 Mart 2022 11:36
Baxış: 2 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvada koronavirus pandemiyası ilə bağlı kütləvi əyləncə, idman, muzey və teatrlara tətbiq edilən "QR kod" tələbi ləğv edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz bloqunda bildirib.

O, məhdudiyyətlərin bir hissəsinin ləğvini virusa yoluxanların sayının azalması və epidemioloji vəziyyətin nəzarətə alınması ilə əlaqələndirib.

Mer həmçinin, yaşı 60-dan yuxarı olan Moskva sakinlərinin ev rejimində olmaları barədə qaydaların daha məcburi olmadığını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.