Rusiya

Rus qoşunları döyüş tapşırıqlarını aldı - Gərginlik artır

18 Fevral 2022 16:41
0 Şərh     Baxış: 4 098
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna sərhədləri yaxınlığında cəmləşmiş Rusiya hərbi birləşmələri və bölmələri artıq öz döyüş tapşırıqlarını alıb.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinə yaxın mənbələrdən məlumat alınıb.

Mənbənin sözlərinə görə, Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, rus qoşunlarına sərhəddə cəmləşmiş alaylar, batalyonlar və hətta taqımlar səviyyəsində döyüş planları təqdim edilir. Bu isə hücumun növbəti gün baş verəcəyinə dair yeni narahatedici məlumatdır.

ABŞ prezidenti Cozef Bayden də Rusiyanın Ukraynaya hücumu üçün yeni mümkün tarixdən danışır. Ağ Ev rəhbəri CNN-ə deyib ki, Rusiya yaxın bir neçə gün ərzində Ukraynaya hücum edə bilər. "Risk səviyyəsi çox yüksəkdir, çünki onlar qoşunlarını sərhəddən çıxarmayıblar. Birincisi, onlar daha çox qoşun cəmləşdirdilər. İkincisi, deməyə əsasımız var ki, onlar hücum üçün bəhanə əldə etmək üçün saxta bayraq əməliyyatlarında iştirak edirlər. Bizdə onların Ukraynaya hücum etməyə hazır olduqlarına dair hər cür əlamət var", - ABŞ prezidenti bildirib.

Xatırladaq ki, Donbasda təmas xəttində vəziyyətin gərginləşdiyi ərəfədə separatçılar Kiyevi atəşkəsi pozmaqda və artilleriya zərbələri endirməkdə ittiham etmişdilər. Kreml də oxşar bəyanatla çıxış edib. Çox güman ki, Donbasdakı bu cür gərginlik Ukraynaya hücum üçün bəhanə kimi istifadə oluna bilər.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.