Rusiya

Zaxarova: ABŞ bu vasitəni zibilxanadan çıxardı

14 Fevral 2022 13:56
1 Şərh     Baxış: 1 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda ABŞ və Britaniyanın hərəkətləri ən təmiz formada müharibə təbliğatıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Bu təbliğat Baş Assambleyanın 16 dekabr 1966-cı ildə 2200 A (XXI) saylı qətnaməsi ilə qəbul edilmiş Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktla qadağandır. 20-ci sənədin birinci bəndinin maddəsində deyilir: "Bütün müharibə təbliğatı qanunla qadağan edilməlidir", - Zaxarova Teleqram kanalında yazıb.

O qeyd edib ki, Soyuq müharibə dövründə qəbul edilmiş paktın vəzifəsi yalnız insan hüquqlarını qorumaq deyil, həm də bəşəriyyəti NATO ölkələrinin hərbi ritorikasının itələdiyi uçurumdan uzaqlaşdırmaq idi:

"Birləşmiş Ştatlar və Böyük Britaniya yarım əsrdir ki, saxladıqları vasitəni zibilxanalarından çıxarıblar. CNN, "Blumberq", Britaniya tabloidləri, media holdinqləri vasitəsilə idarə olunan isteriyaya dəstək verirlər. Öz ölkələrində ictimai rəyə təsir göstərirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.