Rusiya

Həmyerlisini öldürən azərbaycanlı - 10 il həbs olundu

7 Fevral 2022 19:36
0 Şərh     Baxış: 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Surqut şəhər məhkəməsi Azərbaycan vətəndaşı İmran Quliyev haqqında 10 il həbs qərarı çıxarıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, digər azərbaycanlı, 44 yaşlı Rüzgar Əliyevi öldürməkdə günahkar bilinir. 

Hadisə 2017-ci ilin yanvarın 1-də baş verib. Əldəqayırma tapança ilə Əliyevi kürəyindən və başından vuran Quliyev uzun müddət Saratov vilayətində gizlənə bilmişdi. Amma o, həbs edilərək məhkəmə qarşısına çıxarılıb. 

Məlumata görə, qətlin səbəbi Rüzgar Əliyevin Quliyevi təhqir etməsi olub. 

Qeyd edək ki, İmran Quliyev yerli cinayətkar qruplaşmanın rəhbəri idi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.