Rusiya

Rusiyalılara Arktikada pulsuz torpaq paylanır - FOTO

2 Fevral 2022 18:30
0 Şərh     Baxış: 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın bütün bölgələrinin sakinləri Arktika zonasında pulsuz torpaq sahəsi hüququ əldə ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müvafiq qanun 2022-ci il fevralın 1-dən qüvvəyə minib.

İndiyədək "Arktik hektar" yalnız Arktikadakı ərazilərin sakinlərinə verilirdi.

Bildirildir ki, rusiyalılar altı regionda - Murmansk vilayətində, Nenets Muxtar Dairəsində, Yamalo-Nenets Muxtar Dairəsində, Kareliyada, Komi Respublikasında, Arxangelsk vilayətində torpaq almaq hüququ var. Ərizə bir nəfər və ya kollektiv (on nəfərə qədər) tərəfindən təqdim edilə bilər. Torpaq həmçinin xaricdə yaşayan miqrant  rusiyalılara da ayrıla bilər.

Proqramın rəsmi portalında interaktiv xəritədə topraq sahəsini seçmək mümkündür. Torpağın özəlləşdirilməsi və ya icarəyə vermək hüququ  beş ildən sonra mümkün olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.