Rusiya

Rusiya BMT TŞ-də tələb etdi: ABŞ qoşunları çıxsın!

28 Yanvar 2022 17:30
0 Şərh     Baxış: 1 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Suriyadan bütün qanunsuz xarici qüvvələrin çıxarılmasını tələb edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözzləri BMT TŞ-nin iclasında Rusiyanın bu qurumdakı nümayəndəliyinin sədr müavini Dmitri Polyanski deyib.

"Suriyada qanunsuz yerləşən bütün xarici qüvvələrin dərhal çıxarılmasını tələb edirik. ABŞ terrorizmlə mübarizədə nəinki qlobal, heç lokal miqyasda da bacarıqsız olduğunu göstərib. İŞİD-çilərin Hasekə şəhərindəki türməyə hücumu bunu bir daha nümayiş etdirdi", - o bildirib.

Qeyd edək ki, kürd qruplaşmalarının nəzarətində olan türməyə İŞİD-in hücumu nəticəsində terrorçuların türmədən qaçdığı haqda məlumat yayılıb.

Bundan öncə isə rus senator Aleksey Puşkov ABŞ və Türkiyə qoşunlarının Suriyadan çıxarılması gərəkdiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.