Rusiya

Zaxarovanın etirafı rus sülhməramlılarını ifşa etdi

21 Yanvar 2022 11:48
1 Şərh     Baxış: 1 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaxarova Pekresin Xankəndiyə rus sülhməramlılarının icazəsi əsasında gəldiyini dolayısı ilə etiraf etdi. Rəsmi Bakıya isə xəbərlərinin olmadığını demişdilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Rusiya XİN-in sözçüsü 10 noyabr razılaşmasının 6-cı bəndinə istinad edir və belə əsaslandırır ki, sülhməramlı əməliyyatın həyata keçirildiyi ərazini xarici vətəndaşların, beynəlxalq təşkilatların missiyalarının ziyarət etməsinə dair qaydalar mövcuddur.

10 noyabr razılaşmasının 6-cı bəndində "xarici vətəndaşlar" qeydi yoxdur. Rəsmi Bakı dəfələrlə "xarici vətəndaşların icazəsiz səfərinə" qarşı çıxıb. Prezident Əliyev də bildirib ki, Qırmızı Xaç Komitəsi istisna olmaqla, heç bir beynəlxalq təşkilat Bakının icazəsi olmadan Qarabağa gələ bilməz.

Görünür, sülhməramlılar özlərindən qaydalar müəyyən edib. Zaxarova Azərbaycanın bu qaydalardan xəbərdar olduğunu bildirir. O zaman sual yaranır: Bakının sorğusuna cavabda Pekresin gəlişindən "xəbərsiz" olduqlarını niyə bildiriblər?

Bu, rusların Bakıya dedikləri sözlə əməlinin üst-üstə düşmədiyini bir daha təsdiq edir. Yeganə yol Laçın dəhlizində praktiki addımlar atmaq və qaydaları bizim tətbiq etməyimizdir.

İstisna deyil ki, Bakının bununla bağlı hansısa planları var. Ötən ilin sonunda dəhlizə nəzarət məsələsinin gündəmə gəlməsi, Əliyevin son müsahibəsində səsləndirdiyi fikirlər bu gözləntini artırır.

Zaxarovanın razılaşmanın 6-cı bəndini xatırladaraq, Azərbaycan prezidentinin "Laçın dəhlizi bizim nəzarətimiz altındadır" sözlərini təkzib etməyə çalışması da deməyə əsas verir ki, Bakının addımları, yaxud dəhlizlə nəzarətlə bağlı planları rusları narahat edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.