Rusiya ilə Ukrayna arasında müharibə təhlükəsi hər keçən gün artır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Ukrayna sərhədləri boyu qoşuun cəmləşdirməsi davam edir və həm Kiyevdə, həm Qərbdə Kremlin irimiqyaslı hücum əməliyyatlarına hazırlaşdığı barədə qənaət də get-gedə artır.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Donbassdakı Birləşmiş qüvvələrinin komandanı , general Sergey Nayev ABŞ-dan hərbi dəstək istəyib. General ABŞ-ın Kiyevdəki hərbi attaşesi Brittni Stüartla görüşündə xahiş edib ki, Ukrayna qüvvələrinə konsultativ-ekspert dəstəyi və "əhəmiyyətli ölçülərdə praktiki dəstək" göstərilsin.
Görüşdə Nayev amerikalı polkovniki Donbassdakı və Qara dəniz regionundakı vəziyyət, o cümlədən Ukrayna sərhədləri boyu Rusiyanın hərbi qüvvə cəmləşdirməsi barədə məlumatlandırıb. Və "Rusiya təcavüzünə qarşı" kömək istəyib. "Tam əməliyyat imkanları əldə etmək üçün bizə ABŞ-ın konsultativ-məsələhət, ekspert və əhəmiyyətli ölçülərdə praktiki köməyi lazımdır",- general bildirib. Hərbi attaşe bu xahişə müsbət cavab verib və deyib ki, ABŞ Ukraynanı yaranmış vəziyyətdə tək qoymayacaq, hərbi sahədə dəstəyini davam etdirəcək.
ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, general Ben Hoces isə hesab edir ki, Rusiya ilə müharibə Ukraynanın məğlub olması ilə nəticələnəcək.
Onun sözlərinə görə, Ukrayna irimiqyaslı hərbi münaqişəyə hazır deyil. Ben Hoces Gazeta.pl portalında dərc edilmiş məqaləsində bildirir ki, Ukraynaya Moskva ilə döyüş əməliyyatları aparmaq üçün güclü artilleriya, müxtəlif istiqamətlərdə Rusiyanın zərbələrinə çevik reaksiya verə bilən yüksək mobilli mexanikləşdirilmiş qüvvələr lazımdır. Onun sözlərinə görə, Ukrayna ordusu üçün Rusiyanı ciddi itkilərə məruz qoymaq uğur hesab edilə bilərdi, amma hazırda Kiyev Rusiya ordusunu geri çəkilməyə məcbur edəcək gücə malik deyil.
Bir gün əvvəl isə NATO ölkələrinin xarici işlər naziri Ukrayna sərhədlərində yaranmış vəziyyəti müzakirə ediblər və Rusiyaya qarşı birgə cavab tədbirləri barədə danışıblar. Bu haqda NATO-nun Baş katibi Yens Stoltenberq danışıqların yekunu olaraq jurnalistlər qarşısında bildirib. O deyib ki, Rusiya Ukraynaya qarşı hərbi müdaxiləyə qərar versə onu "iqtisadi və siyasi tədbirlər" gözləyir. Lakin iqtisadi və siyasi tədbirlərlər rus hərb maşınını dayandırmağın nə dərəcədə mümkün olacağını NATO Baş katibi əsaslandırmayıb.
Stoltenberq bildirib ki, alyans ölkələri Rusiyanın Ukrayna sərhədləri boyu hərbi fəallığı barədə kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirirlər. Və onun sözlərinə görə, NATO Rusiyanın mümkün aqressiv hərəkətlərinə qarşı hazırlıq görür. "NATO Rusiyanın Ukraynaya münasibətdə niyyətinin nədən ibarət olduğunu bilmir, amma Rusiyanın Ukraynaya qarşı mümkün hərbi güc tətbiqi imkanlarına qarşı hazırlıq görür",- o deyib.
Rusiyada isə əlbəttə ki, Ukraynaya qarşı hücuma hazırlaşdıqlarını təsdiq etmirlər. Hərçənd bunu da gizlətmirlər ki, Ukraynanın NATO-ya istiqamət alması və ABŞ-ın bu ölkə ilə sıx hərbi tərəfdaşlığı Moskva üçün "qırmızı xəttin" keçilməsi mənasını verə bilər.
Ötən gün prezident Vladimir Putin bildirib ki, Ukrayna ilə bağlı situasiyanın "qırmızı xəttə" qədər gedib çatmayacağına ümid edir. "Əgər Ukrayna ərazisində hansısa zərbə kompleksləri meydana çıxsa o zaman Moskvaya qədər raketlərin uçuş məsafəsi cəmi 7-10 dəqiqə olacaq, hipersəs sürətli raket yerləşdirilsə isə cəmi 5 dəqiqə. Bəs biz nə etməliyik? Biz də o zaman belə təhdidi yaradanlara qarşı nəsə etməliyik. Təsəvvür edirsiniz? Biz bunu elə indi edə bilərik",- Rusiya prezidenti bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Rusiyada bu hava limanı bağlandı
XƏBƏR LENTİ
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"





