Oxucu məktubları

Oxucu məktubu: "Deyirlər ki, hara istəyirsən yaz, sənin yazdıqların sonda bizə gələcək"

1 İyul 2016 15:28
1 Şərh     Baxış: 39 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az-a müraciət edən Bakı şəhəri, Qaradağ rayon sakini, Bakı Slavyan Universitetinin dosenti Rauf Hacı özünün və ailəsinin həyatının təhlükə altında qaldıqlarını, lakin dəfələrlə edilən şikayətlərə baxmayaraq, polis orqanları tərəfindən lazımi tədbirlərin görülmədiyini deyib.

Onun sözlərinə görə, 2005-ci ilin iyun ayından indiyədək Qaradağ rayonu, Korgöz qəsəbəsində məskunlaşıb. Lakin 2009-cu ildən başlayaraq qonşusu Musayev Vüqar Hicran oğlu, həyat yoldaşı Musayeva ElnarəRəhim adlı xalası oğlu yaşadıqların evin torpağına iddialı olduqlarından özünün və ailəsinin başına min cür oyun gətirir, bu məqsədlə müxtəlif təzyiq, şantaj və böhtana əl atırlar: 

"Bununla bağlı 6 dəfə Ədliyyə Nazirliyinə, 2 dəfə Məhkəmə Hüquq Şurasına, 21 dəfə isə Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Polis İdarəsinə və 38-ci polis bölməsinə və 102 xidmətinə faktlara söykənərək rəsmi qaydada yazılı müraciət, şikayət və ərizə ilə müraciət etmişik. İlkin mərhələdə məsələyə baxılmaması səbəbindən  artıq mövcud problemə görə polis idarəsində yeni faktlara baxmadan mənə "təkrar-təkrar eyni şeyləri yazırsan", "hara istəyirsən yaz, sənin yazdıqların sonda bizə gələcək, onsuz da məktubların qeydə alınmır" deyirlər.
Bununla əlaqədar 2013-cü ildən bu yana faktlara söykənən qanun pozuntuları ilə bağlı rayon icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının məsələləri gizlətmələrindən yazmadığım dövlət orqanı qalmayıb. Amma heç bir tədbir görülmədiyindən bunun ictimailəşdirilməsi üçün KİV olaraq sizə müraciət etmək məcburiyyətində qalmışıq".

R.Hacı qeyd edib ki, son günlər ona və ailəsinə qarşı aparılan kampaniyalar daha da intensivləşib, hətta ailə üzvlərinə qarşı müxtəlif əxlaqsız hərəkətlər də edilir: "Mənə və əzizlərimə böhtan atan, yalan, ləkələyici məlumatlar yayan şəxslər hüquq-mühafizə orqanlarının məsələyə etinasızlığı nəticəsində daha fəal surətdə çıxış edərək bizi ləkələməyə çalışırlar. Yaşadığımız Korgöz qəsəbəsində ailəmə qarşı aparılan kampaniyada real faktlar hüquq-mühafizə orqanlarının laqeyidliyi nəticəsində ört-basdır edilməklə, araşdırılmadan kimlərə görəsə və yaxud kimlərinsə təsirləri və maraqları əsnasında gizlədilərək, mənim və ailəmin gözdən salınması, əsassız təqib olunmağımız bu gün də həyata keçirilir. Ailə üzvlərimin, həmçinin özümün gizli kamera və çoxsaylı avtomobillərlə izlənməyim, evimizə çoxsaylı gizli və açıq telefon nömrələri ilə edilən zənglər və hədələrlə faktların bir qismi DİN-ə ünvanlanıb".

Şikayətçinin sözlərinə görə, 2013-cü ildən başlayaraq özünün və ailəsinin başına gətirilən oyunlarla bağlı DİN-ə, Bakı Şəhər Baş Polis İdarəsinə və Qaradağ rayonu 38-ci Polis Şöbəsinə şahid ərizələrinə və faktlara əsaslanaraq etdiyi şikayətləri bu günə qədər araşdırılmır, məsələ gizlədilir.

İndi ailənin xahişi odur ki, problemlərin araşdırılması Bakı Şəhər Baş Polis İdarəsi, Qaradağ Rayon Polis İdarəsi, 38-ci Polis Bölməsi və Qaradağ Rayon Prokurorluğunda deyil, birbaşa DİN-də və Baş Prokurorluqda həyata keçirilsin: "Məsələyə laqeyd münasibətin bəslənəcəyi və faktların kimlərsə tərəfindən yenidən gizlədiləcəyi təqdirdə beynəlxalq təşkilat və səfirliklərə müraciət etmək məcburiyyətində qalacağıq".

Pünhan Mirzə
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.