Din

Ruhanilər dediklərinə inanmasalar, heç kimi inandıra bilməzlər

18 Dekabr 2014 22:18
0 Şərh     Baxış: 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hər bir sahə üzrə təlimlərin təsir etmə şərti budur ki, müəllim öz dediyinə inanmalı və şagirdin ürəkdən qəbul etməsi üçün mövzunu ona öyrətməkdə qətiyyətli və qərarlı olmalıdır. Öz dediyinə şübhəsi olan və ya inanmayan müəllim şagirdinin ürək və ruhuna təsir göstərə, onu qane edə bilməz. Bəlkə də, bizim dövrün təbliğatının böyük qüsuru da elə bundan ibarətdir. Çox vaxt mübəlliğlər özünün daxilən inanmadığı əqidə və imanı digər insanlara öyrətmək istəyirlər."

"Üsuli-Kafi" kitabının birinci cildində qarşıma çıxan bu sözlər ürəyimdə məni narahat edən bəzi suallara aydınlıq gətirdi. Sən demə, müstəqillik dövründə əhalinin müəyyən bir qisminin dinə yaxın durmaması və ya dindən nifrətcəsinə uzaqlaşmasının bir səbəbi də bəzi "ruhani"lərin öz dediklərinə inanmamalarıdır. Din müqəddəs fenomendir. Din ona həqiqi iman gətirməyənlərin əli ilə təbliğ edilə bilməz. Hazırda ölkəmizdə barmaqla sayılası axund və ya ruhanilər var ki, xalq arasında həm savadına görə, həm də imanına görə dəstəklənir. Lakin aparılan müşahidələr onu göstərir ki, hələ də bir çox məscidlərdə sovetlər dağılan dönəmdə dini özlərinə çörək ağacına çevirən "ruhanilər" mövcuddur. (Bu ən çox Aşura günlərində məscidin həyətinə qoyulan nəzir qutularının ətrafında hiss olunur. Əksər hallarda məscidlərdə görünməyən "ruhanilər" həmin günü əllərində dəftər "Yasin oxuyuram", "dua yazıram" deyə sadə xalqın inancından istifadə edirlər.) Qurani-Kərimin surələrini kiril transkripsiyası ilə oxuyan həmin şəxslər yas məclislərində də xurafat, həqiqətdən uzaq əfsanələr danışmaqla insanları elmi konsepsiyaya əsaslanan İslam dinindən uzaqlaşdırırlar. Bu cür hallar isə, hələ ki, reallığımız olaraq qalır. Dəfələrlə vurğuladığımız kimi, hazırda din elminə qaneedici həddə bələd olan kifayət qədər gənc ilahiyyatçılar, ruhanilər var. Onların indiki həssas dönəmdə məscidlərdə, icmalarda yer alması həm dinin ictimai mərasimlərdə düzgün təbliğinə, həm də radikallığın azalması istiqamətində ən effektiv təsirə səbəb olar.

İslam.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.