Trend-in məlumatına görə, Azərbaycan Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan dilində yerli alimlərin müəllifliyi ilə hazırlanmış "Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad" adlı üçcildlik ensiklopediyanın 1-ci cildi işıq üzü görüb.
Ensiklopediya İslam Konfransı Gənclər Forumunun sifarişi və dəstəyi ilə Dini Araşdımalar Mərkəzi tərəfindən 2011-ci ildə hazırlanıb və bu il ilk cildi nəşr edilib.
Adıçəkilən ensiklopediya digər ölkələrdə bu sahədə əvvəllər nəşr olunmuş mövcud ensiklopediyalardan tərcümə yolu ilə deyil, tam şəkildə yenidən işlənib hazırlanıb, Azərbaycan reallıqlarını, Azərbaycanda tarixən mövcud olmuş dini ənənələri nəzərə alaraq yazılıb.
Ensiklopediya ilkin olaraq 2 cilddə hazırlanıb. 1-ci cilddə yalnız İslama aid əsas terminlər əks olunub, 2-ci cildə isə ilk səhabələrin adları və İslam tarixinə aid digər xüsusi adlar daxil edilib. İlkin iki cilddə 1001 termin və xüsusi ad əhatə olunub. Sonradan ensiklopediyaya 3-cü cild əlavə edilib ki, burada İslam tarixində mövcud olmuş cərəyanlar, fikir məktəbləri, səhabələrdən sonrakı dövrlərdə yaşamış böyük alimlər haqqında məlumat verilir.
Kitab İslam haqqında bütün ilkin məlumatları əhatə edərək daha geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, mütəxəssislər üçün də maraqlı olacaq.
Təqdimat mərasimində rəsmi qonaqlar, millət vəkilləri, elmi ictimaiyyət nümayəndələri və dini icma rəhbərləri iştirak ediblər.
Təqdimatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (DƏ-İKGF ARM) rəhbəri Elçin Əsgərov, Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov və digər qonaqlar çıxış edib.
Layihənin ümumi rəhbəri olmuş Elçin Əsgərov ensiklopediyanı təqdim edərək, onun zərurəti və əhəmiyyəti barədə məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov çıxışında bu layihənin əhəmiyyətini qeyd edib, İslam haqqında məlumatları əks etdirən ədəbiyyatın daha çox ölkə daxilində, yerli müəlliflər tərəfındən yazılma zərurətini vurğulayıb, dini ictimaiyyəti xaricdə nəşr olunmuş ədəbiyyatın tərcüməsi ilə kifayətlənməməyə, İslam haqqında Azərbaycanda da yerli müəlliflər tərəfındən kitablar yazmağa dəvət edib.
Millət vəkili Qənirə Paşayeva ensiklopediyanın əhəmiyyətindən danışaraq bu cür tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov ensiklopediyanın ərsəyə gəlməsi və özəl xüsusiyyətlərindən bəhs edib.
Milli.Az
Din
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad" kitabı işıq üzü görüb
7 Avqust 2012 21:57
Baxış: 2 498

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Klopp "Real"a görə peşman olub
-
Maşın ağaca çırpıldı - ölən var
-
Anasının ölümünü xatırladı: "Tarixin təkrarlanmasını istəmirəm"
-
3 bürc üçün yaşıl işıq görünür
-
Ledi Qaqa 2,1 milyon tamaşaçı ilə Madonnanın rekordunu keçdi - FOTO
-
"70 manat göndərin sizə 5 min kredit verək” – Dələduzların növbəti oyunu - VİDEO
-
“Siz hələ onluğa düşməmisiniz”
-
Uşaqlarının ikisini öldürüb, birini yaralayıbmış - FOTO
-
Qaşıq-qaşıq içirik amma böyrəkləri məhv edir - Tərkibindəki gizli təhlükə
-
Mirvarid Dilbazinin qızı: "Efirdə utanmaz-utanmaz mahnını oxuyur, demir ki, bu sözləri kim yazıb"
-
Qurban Qurbanov Bəhlulla görüşmədiyi videodan danışdı
-
Akif İslamzadənin oğlunun toyu oldu - VİDEO
-
Günün qoroskopu: Sözlərinizə güvənin
-
Azərbaycan vətəndaşı Rusiyada faciəvi şəkildə öldü - FOTO
-
“İnanmıram ki, o, belə göstəriş versin” - Qurban Qurbanov
-
Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib - FOTO
-
15 yaşında “Qarabağ”da ilk oyununa çıxdı - VİDEO
-
Qadına hücum etdiyi deyilən sabiq məmur nəvəsi saxlanıldı - yenilənib - VİDEO
-
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər - FOTO
-
Moskvada binada partlayış - 2 ölü, 15 yaralı var
-
Bu yolda sürət həddi endirildi
-
Ölümdən başqa hər dərdin dərmanı: Bir stəkan bəs edir
-
Bakıda binada yaşayış ola-ola növbəti söküntü - VİDEO
-
May ayında beç bürc xəzinə qazanacaq