Azərbaycan növbəti dəfə qarşısına qoyduğu məqsədlərə nail oldu - Soçi görüşünün TƏHLİLİ
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Görüşdən sonra ölkə rəhbərləri mətbuata bəyanatla çıxış etdilər. Avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olundu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan növbəti dəfə qarşısına qoyduğu məqsədlərə nail olur.
"Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti üçtərəfli razılaşmaların tam icrasında maksimum ardıcıl və məsuliyyətli olduğunu Soçidə bir daha göstərdi. Müharibədən sonrakı bir il ərzində Ermənistandan fərqli olaraq Azərbaycan Prezidenti sülh yönəlik görüşlərin baş tutmasına həmişə konstruktiv yanaşması ilə fərqlənib.
"Soçi görüşünün əlamətdar xüsusiyyətlərindən biri Rusiyanın səylərinin İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsidir. Prezident Əliyev Üçtərəfli görüşün baş tutmasına və Rusiyanın roluna səmimi qiymət verməklə Ermənistan rəhbərinin pozuculuq niyyətilə ən müxtəlif formatlara meylləndiyini və Soçi müzakirələrinə tam etimadla yanaşmadığını
bir daha ortaya qoydu", - deyə ekspert qeyd edib
A.Quliyev bildirib ki, Prezidentin Soçidə regional sülh və inkişaf üçün əhəmiyyətli çağırışları sırasında 30 illik gərgin münasibətlərdən hələ tam çıxa bilməmiş iki ölkənin bir- birinin sərhədlərini və süverenliyini tanımasının vacibliyi xüsusi yer tutur.
"Xüsusən Rusiya Prezidentinin nəqliyyat kommunikasiyalarının açılmasını vurğulaması və Putinin mətbuat konfransında dəfələrlə dəhliz ifadəsini işlətməsi Zəngəzur dəhlizi layihəsinin Rusiya tərəfindən dəstəkləndiyinin bariz göstəricisidir", - deyə ekspert əlavə edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə qeyd edib ki, Azərbaycan hər zaman Rusiya ilə qarşılıqlı əlaqələrin inkişafına xüsusi önəm verib. İki ölkə rəhbərinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan-Rusiya münasibətləri bu gün strateji tərəfdaşlıq xarakteri daşıyır. İkitərəfli əlqələrin inkişaf dinamikası olduqca müsbətdir. Tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır.
"Hazırda iki ölkə iqtisadi, siyasi, mədəni sahələrdə sıx əlaqələrə malikdir. İldən-ilə ölkələr arasında ticarət dövriyyəsi yüksəlir, hər iki ölkənin iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük marağı var. Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi uğurla icra olunur. Rusiya və Azərbaycan arasında əlaqələrin inkişaf dinmikası görüşdən sonra imzalanan bəyanatda da öz təsirini göstərir", - deyə deputat qeyd edib.
C.Məmmədov bildirib ki, Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyəsi 10 Noyabr bəyanatından irəli gələn müddəaların icra olunmasında, hər hansı bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyinin sənəddə öz əksini tapmasına öz töhfəsini vermiş oldu.
"Sənədə diqqət çəkən vacib məqamlardan biri də, sözsüz ki, Erməni tərəfin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmaması oldu. Növbəti dəfə Azərbaycan Prezidentinin mövqeyi Rusiya tərəfindən də dəstəkləndi", - deyə C.Məmmədov əlavə edib.
Trend İnformasiya Agentliyinin Təhlil Şöbəsi
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı





