Rusiyanın Qarabağda daha 5 il qalmaq PLANI - Moskva nələrə göz yumacaq?
"Dekabrın 15-də nəzərdə tutulmuş görüşdən öncə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 26 noyabra nəzərdə tutulan görüşünə diqqətinizi çəkmək istərdim. Sülh sazişi məhz Rusiyanın vasitəçiliyi ilə baş tuta bilər və Putinsiz bu tarixi hadisəni təsəvvürümə gətirmirəm".
Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Rusiya Qarabağda daha 5 il qalmaq üçün Azərbaycanın bir sıra maraqlarını təmin edəcək:
"Razılaşaq ki, səs-küy və əsəblərimizə toxunmağından savayı Ermənistanın Qarabağa elə bir ciddi təsiri yoxdur. Qarabağda dialoq Azərbaycanla Ermənistan yox, Azərbaycanla Rusiya arasında gedir. Məncə, Rusiya Qarabağda daha 5 il qalmaq üçün Azərbaycanın bir sıra maraqlarını təmin edəcək. Yəni status məsələsinin qaldırmayacaq, Xankəndini Ermənistanla birləşdirəcək yeni yol Laçın dəhlizi kimi sahibsiz olmayacaq, Qarabağdakı erməni yaraqlılarının aqibəti ilə bağlı Azərbaycanı qismən razı sala biləcək addımların atılacağını da istisna etmirəm. Hətta sabah Azərbaycanın Baş Prokurorluğu tərəfindən axtarışa verilmiş istənilən erməniyə qarşı Rusiya nəzarətində olan ərazidə əməliyyat aparılsa belə Moskva buna göz yumacaq. Rusiya öz maraqlarını təmin etmək üçün çox hadisələrə hələ susacaq.
15 dekabr tarixində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin nəzərdə tutulan görüşünə qayıtsaq, deməliyəm ki, o görüş humanist mövzuda bəyanatlarla yadda qalacaq və regionun infrastrukturuna Avropanın maliyyə ayırmasından başqa bu görüşdən nəsə gözləməyə dəyməz.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri noyabrın 26-da Soçidə görüşəcəkləri ilə bağlı iddialara gəldikdə isə, nəzərdə tutulmuş görüşdə iki dövlət arasında nəqliyyat dəhlizlərinin bərpasını təmin edəcək və sərhədlərin müəyyənləşməsi ilə bağlı öhdəliklər razılaşdırılacaq. 26 noyabr görüşündən bundan artıq heç nə gözləmirəm. Ziddiyyətlər çoxdur və yekun sənəddən danışmaq hələ tezdir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
-
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
XƏBƏR LENTİ
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
"Şəki Yaylası" istirahət mərkəzində ölənlərin adları bilindi - Yenilənib - (Video)
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək
-
Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
-
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
-
“Qızıl top”u özümə verərdim” - Mbappe





