Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
Milli Məclisin sədri Sahibə Qafarova Latın Amerikası və Karib Hövzəsi Ölkələri qrupu GRULAC-ın təşkilatçılığı ilə Argentinanın Buenos-Ayres şəhərində keçirilən "Texnoloji transformasiya, siyasi parçalanma və demokratik etimad böhranı qarşısında parlamentlərin rolu" mövzusuna həsr olunmuş Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda xüsusi qonaq qismində onlayn çıxış edib.
Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Parlamentin sədri bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyalar dövlət təsisatlarının fəaliyyətini və onların vətəndaşlarla qarşılıqlı münasibətlərini köklü şəkildə dəyişir. O deyib ki, bu proses parlamentlər üçün böyük imkanlar açmaqla yanaşı, həm də ciddi məsuliyyətlər yaradır. Rəqəmsallaşmanın parlamentlərin şəffaflığını və əlçatanlığını artırdığını vurğulayan spiker, texnologiyaların heç bir halda cavabdehliyi, siyasi dialoqu və güclü institusional strukturları əvəz edə bilməyəcəyini diqqətə çatdırıb.
Çıxışında Azərbaycanın bu sahədəki geniş təcrübəsindən bəhs edən parlamentin sədri bildirib ki, ölkədə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya siyasəti Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurası tərəfindən uğurla koordinasiya olunur. Sahibə Qafarova vurğulayıb ki, Milli Məclis hüquqi bazanı ardıcıl olaraq möhkəmləndirir, elektron sənəd dövriyyəsi, elektron səsvermə və qanunvericilik izləmə sistemlərindən fəal istifadə edir. O deyib ki, qəbul edilən yeni qanunvericilik aktları ictimai müzakirələrin və parlament dinləmələrinin də elektron formatda keçirilməsinə tam hüquqi zəmin yaradır.
Spiker qeyd edib ki, texnologiya yalnız bir vasitədir və cəmiyyətdə demokratik etimadın səviyyəsi bu vasitədən necə istifadə olunmasından bilavasitə asılıdır.
Milli Məclisin sədri bildirib ki, texnoloji transformasiyanın gətirdiyi çətinliklər hər bir regiona və parlamentə təsir göstərir, lakin bütün parlamentlər eyni tədqiqat və rəqəmsal resurslara malik deyillər.
O deyib ki, süni intellekt, kibertəhlükəsizlik və məlumatların qorunması kimi sərhəd tanımayan qlobal çağırışlarla heç bir parlament təkbaşına mübarizə apara bilməz və bu baxımdan dünyada ən geniş təmsilçiyə malik beynəlxalq parlament təşkilatı olan Parlamentlərarası İttifaq (PAİ) mühüm platforma rolunu oynayır.
Spiker vurğulayıb ki, PAİ fərqliliklərə baxmayaraq, parlamentlər arasında əməkdaşlığı təmin etməli və konsensusun daha erkən mərhələdə qurulmasına kömək etməlidir. O qeyd edib ki, süni intellektin bərabərsizliyi dərinləşdirmədən və insan məsuliyyətini zəiflətmədən demokratik təsisatları necə gücləndirə biləcəyi məsələsi PAİ-nin çərçivəsində təşkil olunacaq müntəzəm dialoqların ilk müzakirə mövzularından biri olmalıdır.
Parlament sədri diqqətə çatdırıb ki, bütün üzv parlamentlər bərabər hüquqlara malik olsalar da, onların tədqiqat imkanları və texnologiyaya çıxışı eyni deyil. Bu səbəbdən PAİ parlamentləri universitetlər və ekspertlərlə əlaqələndirərək bilik mübadiləsi vasitəsilə bu fərqi aradan qaldırmalıdır.
Çıxışına yekun vuran Mili Məclisin sədri Sahibə Qafarova vurğulayıb ki, beynəlxalq parlament platformalarının əsas gücü onların müxtəlifliyindədir və bu müxtəliflikdən qlobal etimadı bərpa etmək üçün istifadə olunmalıdır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
-
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
-
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
XƏBƏR LENTİ
-
Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın olub - (Video)
-
Sumqayıtda zəncirvari qəza - 5 nəfər xəsarət alıb - (Video)
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
-
Ancelina Coli Xarkovda - (Foto)
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
-
Bayılda binanın fasadı qopdu - (Video)
-
Yevlax və Bərdədə qaz olmayacaq
-
300 balı əvvəlcə sayılmadı, sonra 627-yə yüksəldi
-
Bakı yolları iflic vəziyyətdə - (Video)
-
"Son nəfəsində xahiş etdim ki, nə olar, məni sevdiyini de" - Yaşar Nurinin həyat yoldaşı
-
Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - statistika
-
Benzema bu klubda pulsuz oynamağa razı oldu
-
Valeh Kərimov işsiz qalıb: “Deyirlər ki, bunun ömrü qurtarıb”
-
Binəqədidə yarımtikilidə yanğın olub - (Video)
-
Məhəmməd Salah "Trabzonspor"da rekorda imza atıb
-
"Sabah"la oyundan əvvəl "Mançester Yunayted"in ulduz futbolçusu zədələndi - (Foto)
-
Bu da Elgizin yeni verilişi - (Video)
-
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
-
Külək nəticəsində Bakıda 15 ağac sınıb - (Foto)
-
BDU-da ən populyar ixtisas məlum oldu
-
Xırdalanda binanın eyvanından şüşə qopdu, qadının başına düşdü - (Video)
-
Nazirlik güclü küləklə bağlı əhaliyə müraciət etdi





