Rusiya-Ukrayna müharibəsi başlayır?
"Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov müsahibəsindən sonra "Rusiya Ukraynaya hücum edəcəkmi?" sualı
aktuallaşdı"
Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Rusiya Ukraynanı parçalamaq planından imtina etməyib:
"Budanov deyib ki, Rusiya yeni ilin yanvar ayının sonlarında, fevral ayının əvvəlində Ukraynaya hücum edə bilər. Budanovun sözlərinə görə hücumdan əvvəl Rusiya Ukraynadakı tərəfdarları vasitəsilə qarışıqlıq yaradacaq, mitinq və küçə yürüşləri təşkil edəcək.
Kiril Budanov sıradan bir şəxs deyil. Ona görə onun müharibə xəbərdarlığını diqqətə almamaq olmur. Kreml Ukraynanın Donbası nəzarətə almaq planlarından narahatdır. Görünür, Rusiya kəşfiyyatı Kiyevin planları barədə Ukrayna ordusundakı və xüsusi xidmət orqanlarındakı xəfiyyələri vasitəsilə xəbərdar olub. Həqiqətən Ukrayna ona görə modern silahlar təhciz olunur ki, ərazi bütövlüyünü təmin edə bilsin.
Rusiya buna cavab olaraq Ukrayna ilə sərhədə qoşun toplayır. Bu Kremlin Kiyevə qarşı həm də psixoloji savaşıdır. Kreml bu yolla Kiyevə mesaj yollayır ki, əgər Ukrayna ordusu Donbasda genişmiqyaslı hərbi əməliyyata başlasa Rusiya ordusu Donbasa daxil olacaq və burada pasport payladığı "vətəndaşlarını" qoruyacaq. Ancaq Budanovun açıqlamasından o da aydın olur ki, Rusiya Donbası işğal etməklə kifayətlənməyəcək, ilkin mərhələdə Mariupol və Odessanı da ələ keçirəcək.
Bu mümkündür. Ümumiyyətlə Kremlin 2104-cü ildəki planı beləydi ki, Krımın ilhaqından sonra Donbasdakı separatçı hərəkat Ukraynanın içərilərinə doğru inkişaf etməli, Mariupol, Odessa, Xarkov, Nikolayev, Dnepr, Xerson kimi şəhərlər Kiyevin nəzarətindən çıxarılmalı idi. Bu plan "Novorossiya" adlanırdı. Kreml Ukraynanı parçalamaq istəyirdi. Moskva "Kiyevdən şərqə bizim, Kiyev və qərb bölgələri sizin" prinsipindən çıxış edirdi. O zaman bu plan alınmadı və Kreml Krım, o cümlədən Donetsk və Luqanskla kifayətlənməli oldu. Mariupol və Odessa da az qala əldən çıxırdı, ancaq Ukraynada ordunun dağılması fonunda milli qüvvələr müqavimət göstərərək ölkələrinin tam parçalanmasının qarşısını aldılar.
Buna baxmayaraq, Rusiya bu gün də Ukraynanı parçalamaq planından imtina etməyib. Maripuol və Odessa strateji liman şəhərləridir. Digər tərəfdən bu şəhərlərdə Rusiyaya rəğbət bəsləyənlərin sayı da kifayət qədərdir. Ona görə Kiyev Donbas və Krımın geri qaytarılması barədə düşünməklə yanaşı yeni ərazilərin işğal altına keçməməsi üçün də var gücüylə çalışmalıdır".
Qeyd edək ki, Budanov deyib ki, sərhədə 92 mindən çox hərbçi cəmləşdirən Rusiya 2022-ci ilin yanvar ayının sonlarında, fevral ayının əvvəlində Ukraynaya hücum edə bilər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi hücumun necə həyata keçiriləcəyi mexanizmini də açıqlayıb: "Rusiya Odessa və Mariupol şəhərlərinə desant çıxaracaq. Ayrıca, Belarus sərhədindən də kiçik qüvvə ilə hücum başlayacaq. Bu hücum 14 minə yaxın ukraynalının həyatına son qoymuş 2014-cü ildəki münaqişə ilə müqayisədə daha dağıdıcı olacaq".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
XƏBƏR LENTİ
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər





