Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan yeni resurs bazası ictimaiyyətə təqdim olunub - FOTO
Oktyabrın 28-də Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.armeniancrimes.com resurs bazası ictimaiyyətə təqdim olunub.
Milli.Az xəbər verir ki, Bakı Kitab Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edən portalın işçi qrupunun üzvü Aliyə Məmmədli hazırlanan resurs bazasının məqsədinin Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərində tariximizə, mülki əhalimizə, mədəni irsimizə, təbiətimizə qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaq olduğunu söyləyib: "Birinci Qarabağ müharibəsi yaddaşlarda silinməz izlər buraxmışdı. Torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal edilmiş, minlərlə insan həlak olmuş, bir milyona yaxın soydaşımız öz dədə-baba torpaqlarından didərgin düşmüşdü".
A.Məmmədli qeyd edib ki, təqdim olunan məlumatların hər biri yerli və beynəlxalq mənbələrə əsaslanaraq, konkret faktlarla çatdırılır: "Portal Ermənistan tərəfindən tarixən ölkəmizə və xalqımıza qarşı törədilən cinayətlər barədə daha geniş faktlar əsasında mütəmadi yenilənəcək. Portalın əsas səhifəsində Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və təbii sərvətlərinə qarşı törədilmiş cinayətlərin yer aldığı analitik yazı təqdim edilir. "Erməni vandalizmi" bölməsində vandalizmə məruz qalmış tarixi mədəniyyət nümunələri və təbii ehtiyatlar haqqında məlumatlar 7 kateqoriyada cəmlənib. Bu kateqoriyalarda ermənilərin Azərbaycanın mədəni irsinə qarşı həyata keçirdikləri vandalizm siyasəti ilə yanaşı, işğal altında olmuş ərazilərin tarixi, coğrafiyası, təbiəti, işğaldan əvvəl həmin rayonlarda mövcud olan infrastruktur və həyat tərzi, eləcə də işğala məruz qaldıqdan sonra 30 ilə yaxın müddətdə həmin bölgələrdə ermənilərin törətdikləri vəhşiliklər haqqında məlumatlar verilib.
Portalda ermənilərin Azərbaycana qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə daha sürətli və diqqəti cəlb edən üsullarla çatdırmaq üçün hazırlanmış posterlər də yer alıb. Dağıntıya məruz qalmış abidələr haqqında məlumatlar fotolarla yanaşı qısa informasiyalarla da çatdırılır.
Erməni işğalına məruz qalmış ərazilərimizin coğrafi mövqeyini, görməli yerlərini, tarixi abidələrini, işğaldan əvvəlki həyat tərzini və inkişaf perspektivlərini, işğal dövründə viranə qoyulmuş vəziyyətlərini ictimailəşdirmək və dünya ictimaiyyətinə çatdırmaq üçün ingilis dilində alt yazı və hər regiona xas musiqi müşayiəti ilə qısa videoçarxlar hazırlanıb.
Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərin, vandalizm aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında bu kimi portalların yaradılmasının əhəmiyyətindən söz açıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
-
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
XƏBƏR LENTİ
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
"Şəki Yaylası" istirahət mərkəzində ölənlərin adları bilindi - Yenilənib - (Video)
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq





