Səudilər erməniləri vasitəyə çevirir
Ermənistan siyasətçiləri və mediası az qala ekstazdadır. Səbəb, Ermənistan prezidenti Armen Sarkisyanın Səudiyyə Ərəbistanına işgüzar səfərinin baş tutmasıdır.
Ermənilər bu səfəri "Ermənistanın beynəlxalq münasibətlərində dönüş nöqtəsi, yeni mərhələ" adlandırırlar.
Ermənistan dövlət müstəqilliyi qazanan gündən indiyədək rəsmi İrəvan və Ər-Riyad arasında heç bir diplomatik əlaqə yoxdur. Səudiyyə Ərəbistanı ermənilərin dövlət müstəqilliyini də tanımayıb və indiyədək bir erməni məmur rəsmi səfərlə Ər-Riyadda olmamışdı.
Ər-Riyadın beynəlxalq aeroportunda Ermənistan prezidentini ən yüksək səviyyədə qarşılayıblar. Belə ki, qarşılama mərasimindəki yerli nümayəndə heyətinə Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adel əl Cübeyr rəhbərlik edirdi.
Aeroportda Səudiyyə Ərəbistanı və Ermənistanın bayraqları da dalğalanırdı.

Səudi krallığı Ermənistanın dövlət müstəqilliyini tanımasa da, 2018-ci ildən sonra Ər-Riyadın ermənilərlə bağlı tutduğu mövqedə dəyişikliklər başlanıb. Belə ki, iki ölkə arasında diplomatik münasibətlər olmasa da, Səudiyyə Ərəbistanının kralı Salman və varis şahzadə Məhəmməd ibn Salman hər il Ermənistanı dövlət müstəqilliyi günü münasibətilə təbrik edirlər.
Armen Sarkisyanın səfərinə gəldikdə isə, bu, Ər-Riyadın Cənubi Qafqaz ilə yanaşı, Yaxın Şərqdəki situasiyaya "yumşaq müdaxilə" strategiyasının tərkib hissəsidir.
Türkiyənin bölgədəki siyasi, iqtisadi, hərbi və ən başlıcası, geosiyasi çəkisinin artmasını birmənalı qarşılamayan Ər-Riyad rəsmi Ankaranın proseslərə təsir imkanları baxımından ciddi rıçaqlar əldə etməsindən narahatdır.

Bu baxımdan Ər-Riyad məhz Türkiyəyə təsir vasitəsi əldə etmək üçün Ermənistanla münasibətləri hələlik A.Sarkisyanın səfərinə "icazə vermək" formatında dəyişmək niyyətində olduğunu Ankaranın diqqətinə çatdırıb.
Səudilərin əsas məqsədi heç də iqtisadi və siyasi resurslar, habelə perspektivlər baxımından Ər-Riyad üçün tamamən maraqsız olan Ermənistanla təmaslar və münasibətlər qurmaq yox, bu müstəvidə Ankara ilə yeni sövdələşməyə başlamaqdır.
Ermənilərsə tarix boyu olduğu kimi, indi də böyük dövlətlər arasında siyasi müzakirələrdə sadəcə, kiçik, istifadə olunandan sonra atılan vasitədir.
Orxan Hun
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
XƏBƏR LENTİ
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir





