Siyasət

Ermənistan prezidenti Putinə müraciət edib: Azərbaycanla sərhədlərin müəyyənləşməsində kömək istəyir

28 Oktyabr 2021 21:07
0 Şərh     Baxış: 1 586

Ermənistan prezidenti Armen Sarkisyan Vladimir Putinə məktubla müraciət edərək Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşməsində köməklik göstərilməsini xahiş edib. Sarkisyan, bu barədə RBK-yə müsahibəsində bildirib.

Sarkisyan əlavə edib ki, sərhədlərinin müəyyənləşdirilməsində çətinliklər Dağlıq Qarabağdakı münaqişənin yaranması fonunda başlayıb. "Sonra mən Vladimir Vladimiroviç Putinə də məktub yazdım, bu məktubda belə bir fikri ifadə etdim ki, problemin mümkün həllini sovet xəritələrində axtarmaq lazımdır...", - Ermənistan prezidenti bildirib.

Siyasətçi vurğulayıb ki, sovet xəritələrinin dəyəri ondadır ki, onlar həm Rusiya imperiyasının, həm də Sovet İttifaqının ortaq tarixini əks etdirir. Sarkisyan onu da qeyd edib ki, Rusiyanın iştirakı olmadan sərhəd problemini həll etmək mümkün deyil.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.