Ölkədəki casus şəbəkəsi bir neçə günə necə çökdürüldü? - TƏHLİL
"Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, amma öz ləyaqətimizi, qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin!"
2021-ci ilin oktyabr ayı azərbaycanlıların xatirində işğaldan azad edilmiş torpaqlarda başlamış misilsiz quruculuq işləri zamanı Azərbaycan Respublikası Prezidentinin dediyi bu sözlərlə qalacaq.
Bir də qalib dövlətimizin genişlənən imkanlarından xofa düşüb, yorğun əzələlərini nümayiş etdirməyə cəhd edən bütün qüvvələrə dövlət-xalq vəhdətinin verdiyi dərslə...
Azərbaycanın Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvanla əsas nəqliyyat yollarını birbaşa birləşdirməsi, qonşu ərazilərindən keçid asılılığının aradan qalxması, dəmiryolu xətlərinin Naxçıvan və Türkiyəyə birləşəcəyinin məlum olması, Azərbaycanın öz cənub sərhədində nəzarəti tam bərpa edib təbii resurslarının məkrli istismarının qarşısını alması və ölkənin daha sürətli inkişafını labüd edən digər çoxsaylı nailiyyətlər bəzi "dost"larımızın daxili narahatçılığını açıb ortaya qoydu.
İranın "kənd mollası"nın üzündən oxuyub səsləndirdiyi şüarlar digər aqressiya görüntüsü, Azərbaycan daxilində əmr qullarının ayaqlanması ilə müşayiət edincə, dövlətimizin maraqlarına və xalqımızın gələcəyinə qarşı yönələn hücumlar vüsət aldı.
Dövlətçilik ənənələrini bərqərar etmiş dövlətimizin soyuqqanlı cavab addımları da özünü çox gözlətmədi. Təbii ki, içimizdə bu irilikdə İran şəbəkəsi ilə də biz çox yol gedə bilməzdik. Dost dostun yanında olar, daxili işlərinə qarışmaz, daxili işlərini qarışdırmaq imkanlarında olmağı da arzulamaz.

Çox keçmədi ki, hər İran həmləsi gələndə Azərbaycan dövlətinə qarşı bəyanatlar verən, Qarabağ müharibəsində ortalıqda görünməyən "Azərbaycan Ruhanilər Məclisi" adlı İran xüsusi xidmət orqanlarının əl oyuncağı təsisatın rəhbəri Sərdar Babayevin dövlətə xəyanət ittihamı ilə həbs edildiyi məlum oldu. Bu o Sərdar Babayevdir ki, xarici kapital hesabına "maide.az" saytını yaradıb, hansı ki məqsədyönlü dini təbliğatdan boldur, ancaq dindarlarımızın haqq yolunda savaşdığı, can qoyub şəhid olduğu Vətən müharibəmizə dəstək və qələbəmizə sevinc bildirən heç bir yazı yayımlamadı. Niyəsi hamıya məlumdur.
Ardınca Azərbaycanın digər dövlətlərlə münasibətlərini korlamaq, müasir silahlarla hərbi təchizatımıza xələl gətirmək üçün nəfəs almadan xarici səfirliklərin qarşısında aksiya keçirib həmin dövlətlərə xalq adından lənətlər yağdıran, dini pərdə altında xarici pullar hesabına sovqat paylayıb həyətinə yığdığı insanlara havasını udub, çörəyini yediyi Azərbaycana qarşı şüarlar təkrarladan, xarici xüsusi xidmət orqanlarının adından camaatı bir-bir hədələyib xof altında saxlayan

Səbuhi Səlimovun da dövlətə xəyanət ittihamı ilə həbs xəbəri gəldi.
Ölkədə xain hüceyrələrin zərərsizləşdirilməsinə qarşı çıxanlar gözə dəymədi. Görünən odur ki, bu tədbirlərlə kifayətlənməyən, dövlətin təhlükəsizliyinə cavabdeh olan şəxslər casus şəbəkədə öz növbəsini gözləyənlərin hamısına hesab gecəsi yaşadıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdən adı belə müəmmalı olan DEVAMM təşkilatının rəhbəri İlqar İbrahimoğlunun da Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi üzrə araşdırmalara cəlb edildiyi, ardınca özünün açıqladığı kimi "peşəkar" insanlar tərəfindən sorğulandıqdan sonra telefonunu bağladığı, yaratdığı "deyerler.org" adlı informasiya saytını xaricilərin təmənnalı xidmətindən çıxardığı məlum oldu.
Bir neçə günün içində görülən tədbirlər onunla nəticələndi ki, birtərəfli İran xidmətində olan informasiya saytlarının rəhbərləri də olduqları gəmiyə sədaqət andı içib, Azərbaycan xalqının maraqları ilə razılaşası oldu.
Qara əməllərin yaşatdığı hisslərlə xalqın qəzəbindən qorxub gəldiyi yerə qaçanları da gördük.
Biz mətbuat olaraq müşahidə etdiyimiz qədər görürük və gördüyümüz hər ədalətdə güclü iradə, dəmir yumruğun yanındayıq.
Müstəqil və güclü olmağa qətiyyətli olan xalqın qarşılaşa biləcəyi müqavimətləri də sevə-sevə göz önünə alırıq.
Əziz qonşular! Azərbaycan sülh və inkişaf ölkəsidir. Azərbaycan sizin diktə ilə danışmağa ümid etdiyiniz dövlət ola bilməz. Bu torpaqların yiyəsi olan Azərbaycan xalqı, dövləti, dövlətçiliyi var. Məcbur olun, hörmət edin. APA
DİGƏR XƏBƏRLƏR
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
XƏBƏR LENTİ
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)
-
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
-
Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - (Video)
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
“Horadiz” və “Göytəpə”də böyük əməliyyat - 84 kq narkotik ələ keçirildi
-
Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
-
Əli Əsədov qərar imzaladı
-
Hakimləri təhqir edən Emil Binyətzadə cəzalandırıldı
-
Sultan Qasımova qarşı ağır ittiham - İşi məhkəməyə göndərildi - (Yenilənib)
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə dronlarla hücum edildi - Ölənlər var
-
Ayın 11-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Tramp hər bir amerikalıya 5 min dollar ödəyəcək
-
Anar Mədətov oğlu ilə - (Foto)
-
Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt araşdırılıb
-
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
"Sabah"la matç öncəsi o da zədələndi
-
Şəkidəki “zipline”də əvvəllər də texniki problemlər olub - (Video)
-
Renat Dadaşov Ukrayna klubuna transfer olundu
-
“Vanlı Kara Haydar”ın arvadı da saxlanıldı
-
"AzInTelecom" media nümayəndələri üçün təlim keçirib - (Foto)
-
Türkiyədə xəstəxananın əməliyyat otağında siçanlar gəzir - (Video)





