Pentaqon Zəngəzur dəhlizinə qarşıdır? - Gürcü ekspertdən AÇIQLAMA
"Adətən, Gürcüstana gələn Müdafiə nazirləri sülh və dostluq üçün sənədlər imzalayırlar. Bu dəfə hər hansı bir rəsmi sənəd imzalanmadı, amma daha maraqlı şeylər oldu".
Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Analiz Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

Gürcü politoloq bildirib ki, Pentaqon Rusiyanın bölgədəki güc balansını pozmasına imkan verməyəcək:
"Qara dəniz təhlükəsizliyi NATO -nun Avropadakı prioritetlərindən biridir. Qara dənizin təhlükəsizlik sistemini Gürcüstan olmadan təsəvvür etmək mümkün deyil. Bu baxımdan Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsi beynəlxalq münasibətlər sistemində heç vaxt aktuallığını itirməyəcək.
ABŞ, Rusiya Federasiyasının bölgədəki güc balansını pozmaq üçün hərəkət etməsinə icazə verməyəcək. Gürcüstan Cənubi Qafqazda ABŞ -ın əsas strateji tərəfdaşı olmağa davam edir. Bu o deməkdir ki, ABŞ Gürcüstanın təhlükəsizliyinin təmin olunmasında maraqlı olan digər ölkələrlə birlikdə Moskvanın hər hansı bir iddiasından sonra statusda heç bir dəyişikliyə icazə verməyəcək. Sadəcə ona görə ki, bunun baş verəcəyi təqdirdə Cənubi Qafqazda güc balansını dəyişəcək.
Eyni zamanda Pentaqon Gürcüstan ordusunun modernləşdirilməsi səylərini davam etdirəcək. Hökumət necə davransa da, Moskvanı qıcıqlandırmamaq istəsə də, Gürcüstan əhalisinin böyük əksəriyyəti ABŞ da daxil olmaqla bütün NATO ölkələri ilə hərbi əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.
Önümüzdəki aylarda hansı konkret tədbirlərin görüləcəyini görəcəyik. Yeri gəlmişkən, NATO -nun Rusiyadakı missiyasının bağlanması Putinin Baydenlə danışıqları və Viktoriya Nulandın Moskva səfərinin necə sona çatdığının cavabıdır.
ABŞ -ın 10 noyabr üçtərəfli (Rusiya-Azərbaycan-Ermənistan) bəyanatında nəzərdə tutulan kommunikasiyaların açılması məsələsinə müdaxilə etməsi ehtimalı azdır. Bu regional problemdir. Qara dənizdəki təhlükəsizlik ABŞ üçün daha vacibdir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
XƏBƏR LENTİ
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Üzərinə “Şəhid anası” yazılmış nömrəsiz maşınla qaydaları pozdu, saxlanıldı - (Video)
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”





