Azərbaycanlı ekspertin məqaləsi ABŞ-ın nüfuzlu nəşrində
Politoloq Şəbnəm Həsənovanın "Azərbaycan-Fransa Əlaqələrində Təmkinli Optimizm: Bakıdan baxış bucağı" sərlövhəli məqaləsi ABŞ-ın "Jamestoun" Qlobal Tədqiqat və Təhlil Fondu (The Jamestown Foundation-Global Research & Analysis) tərəfindən nəşr olunub.

Milli.Az xəbər verir ki, məqaləni ilkin olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 28 sentyabr 2021-ci il tarixində Fransanın "France-24" televiziya kanalına verdiyi müsahibədə iki ölkə arasında ikitərəfli münasibətlərin həm cari, həm də gələcək perspektivləri vurğulamasını əks etdirən fikirlərlə açan müəllif bildirir ki, eyni zamanda müsahibə Fransa ilə yaxın münasibətlərdə olan Ermənistana da bir siqnal göndərilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Politoloq bildirir ki, əslində, Azərbaycan-Fransa münasibətləri uzun illərdir ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə yanaşı, bir çox digər istiqamətlərə də yönəlib. İkitərəfli iqtisadi, ticarət və infrastruktur layihələri davam edərkən, ən əhəmiyyətli iş mədəniyyət sahəsində əldə edildi. Politoloq burada xüsusilə Ümummilli lider Heydər Əliyev irsinə istinad edərək diqqətə çatdırır ki, 2007-ci ildən etibarən, Heydər Əliyev Fondunun dəstəyi ilə mədəniyyətlər mübadiləsi çərçivəsində Fransada qədim ümumbəşəri abidələrin bərpası işləri həyata keçirilmiş, Fransa və Azərbaycan şəhərləri arasında bir çox qardaşlıq və dostluq müqavilələri imzalanmışdır. Bütün bu addımlar Azərbaycanın zəngin mədəni irsinin nümayişi ilə yanaşı dövlətimizin dünya və birbaşa Fransanın mədəniyyət və incəsənət nümunələri, tarixi abidələrinə nə qədər önəm verdiyinin göstəricisidir. Azərbaycan bunun qarşılığında adekvat addım gözləyir. Buna baxmayaraq, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində maddi, mədəni və tarixi irsin məhv edilməsi və saxtalaşdırılması qarşısında Parisin səssiz qaldığı nəzərə çatdırılır. Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvlərinin Ağdam şəhərinə səfəri zamanı işğaldan azad edilmiş əraziləri gördükdə şoka düşdükləri faktı da vurğulanır.
Məqalədə bildirilir ki, Azərbaycanın Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, orada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbəri var. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olaraq neytral qalmaq məsuliyyətini pozdu, dəfələrlə birtərəfli yanaşma nümayiş etdirərək, hərəkətlərində və bəyanatlarında Azərbaycanı açıq şəkildə tənqid etdi. 44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycan parlamentinin üzvləri, politoloqlar və vətəndaş cəmiyyəti institutları Fransanı ermənipərəst mövqe nümayiş etdirdikləri üçün sərt şəkildə tənqid etdilər. Bu baxımdan da Türkiyənin ya da alternativ olaraq Pakistanın ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olaraq Fransanı əvəz etməli olduğu fikirləri səsləndirildi.
Həmçinin, məqalədə rəsmi Bakının Parisdən gələcək əlaqələrə dair müsbət siqnallar aldığı və müsbət cavab verdiyi bildirilir. Fransa Piyada Əleyhinə Minaların Təmizlənməsi üzrə Milli Komissiya ilə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik arasında imzalanması gözlənilən memorandumun Azərbaycan-Fransa münasibətlərində yeni mərhələnin açılması baxımından möhkəm zəmin yarada biləcəyi, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfər etməsinin bölgədə mövcud olan münaqişədən sonrakı sülhyaratma səylərinə xələl gətirdiyi, Fransanın Ermənistandakı yeni səfiri Ann Luyoya istinadən Fransa Rusiya və ABŞ ilə birlikdə Qarabağa dair uzunmüddətli razılaşma üzərində işlədiyi kimi məsələlər də məqalədə detallı şəkildə analiz olunur, faktlar da diqqətə çatdırılır.
Şəbnəm Həsənova sonda bir daha cənab Prezident İlham Əliyevin nitqinə istinad edərək xüsusilə, bildirir ki, Ermənistana gəldikdə Azərbaycan gələcəyə baxır və İrəvandakı hökumətlə dialoqa başlamağa hazır olduğunu dəfələrlə bəyan etmişdir. Azərbaycan müharibə istəməsə də, Ermənistandakı hər hansı bir revanşist meyllərə qarşı müqavimət göstərəcək. Dövlət başçımızın fikirlərinə diqqət çəkilərək bildirilir ki, Azərbaycan xoşagəlməz ritorikanın üzərində dayanmaq istəmir, dünyanın aparıcı ölkələrindən biri olan Fransa ilə normal münasibətlər qurmaq istəyir və əməkdaşlığı davam etdirmək üçün hər zaman açıqdır, Fransanın da regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzuladığına ümid edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
-
Şəkidə 2 nəfərin öldüyü faciə ilə bağlı yeni faktlar - (Foto)
-
İstanbulda 12 yaşlı azərbaycanlı uşaq güllələndi - Anbaan Video
-
Serbiyada növbədənkənar seçkilərin tarixi açıqlandı
-
Acun: “Bugünkü uğurumun sirri əslində tənhalıqdır”
-
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər - (Foto)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
-
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib - (Foto)
-
Xalq artistinin iş yeri bəlli oldu
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi





