Siyasət

Hacı Allahşükür Paşazadəyə səhv məlumat verilib

3 May 2010 19:57
Baxış: 185
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibliyi bütün ermənilərin katolikosu II Qareginin Şəhidlər Xiyabanını ziyarət etməsi barədə yayılan məlumatla bağlı rəsmi bəyanat yayıb. Bu barədə 1news.az saytı xəbər yayıb.

Məlumata görə, bütün ermənilərin katolikosu II Qareginin Bakıda hansı yerlərdə olması barədə Şeyxülislam Hacı Allahşükür Paşazadəyə düzgün məlumat verilməyib. Sonradan məlum olub ki, erməni katolikosu və onu müşayiət edənlər Şəhidlər Xiyabanını ziyarət etməyib. Səhv məlumat verən əməkdaş isə buna görə artıq cəzalandırılıb.

Xatırladaq ki, Ermənistanın baş dini qurumu olan Eçmiədzinin mətbuat xidməti bütün ermənilərin katolikosu II Qareginin Azərbaycanda səfərdə olarkən Şəhidlər Xiyabanını ziyarət etməsi faktını təkzib edib.

/ANS Press/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.