Ermənistan Qarabağda yeni təxribatlar hazırlayır - Köhnə plan gündəmə gəlir
"Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində rus sülhməramlısının yanında erməni traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar və ötən gün Suqovuşanda Azərbaycanın mülki avtomobilini qanunsuz erməni silahlılarının atəşə tutması Ermənistanın təxribatlarının artacağından xəbər verir".
Bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Ekspert bildirib ki, ermənilər çalışırlar bu gün Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı kontingentini bölgədən uzaqlaşdırsınlar:
"Bu hadisələr kim tərəfindən törədilir, bax bu məsələnin üstünə getmək lazımdır. Demirlər mülki adam sinayperlə vurulubdur, təkzib etmirik, vurula bilər. Amma hansı ağıllı adam rus sülhməramlısının yanındakı mülki şəxsə atəş açar? Təbii ki, buradan da açıq-aydın görünür ki, ermənilər artıq təxribata keçiblər. Bu təxribatlar hələ də davam edəcəkdir. Mülki infrastrukturun bərpa edilməsi üçün Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanının qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulması ermənilər hazırladığı növbəti təxribatıdır.
Nə üçün bunu edirlər?
Qarabağda qalan qanunsuz erməni silahlıları bunu etməklə Qərbə xidmət göstərən qüvvələr var ki, hansı ki, çalışırlar bu gün Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı kontingentini bölgədən uzaqlaşdırsınlar, yaxud da saylarını azaltsınlar. Əvəzində Qərbin, Fransanın sülhməramlılarını gətirib bu ərazilərə yerləşdirməyə nail olsunlar. Burada güyaki onlar Rusiya ilə balans yaradacaqlar. Güya Rusiya hansı ərazidəki Azərbaycanla bacara bilmir, hansı ki, o ərazidə vəziyyət daim gərgin olaraq qalır, güya Rusiya bacara bilmir, çalışırlar Qərbə məxsus qüvvələri yerləşdirsinlər. Bu proses artıq onlarda uzun müddətdir gedir. İndi də gündəmə çıxarıblar. Bu məsələlər hamısı bir-birinə bağlıdır və heç kim də bilmir ki, sabah bizə qarşı hansı təxribat baş verə bilər.
8.jpg)
O da aydın məsələdir ki, bunlar bir mərkəzdən idarə olunur, bir mərkəzdən tapşırıqlar verilir ki, təxribatlara başlayın. Bununla da dünyaya çatdırmaq istəyirlər ki, "görürsünüz, siz deyirsiniz ki, azərbaycanlılarla bir yerdə yaşayın, orada sülhməramlılar var. Amma biz burada onlarla necə yaşaya bilərik?! O günü bizim traktoristi sinayperlə vurdular, sonra başqa hadisələr baş verir". Yenə deyirəm, Azərbaycan əsgəri istər sülhməramlının yanında olsun, istər olmasın, erməni mülki vətəndaşa heç vaxt atəş açmaz, öldürməz.
Yəni, belə təxribatlarla eyni zamanda çalışırlar ki, Rusiya sülhməramlıları ilə bizim aramızı vursunlar. Dünən Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobilimizin atəşə tutulması ilə bizim ictimaiyyətdə görün nə fikir, nə rəy yaratdılar: "Necə oldu rus sülhməramlıların yanında avtomobilimizi atəşə tutdular". Görürsünüz, artıq Azərbaycan ictimiayyətində buna qarşı reaksiya var, sülhməramlılara qarşı qıcıq yaranır. Bunların hamısı ermənilər tərəfindən hesablanmış ardıcıl təxribatlardır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
XƏBƏR LENTİ
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər





