Qoşulmama Hərəkatının yüksək səviyyəli görüşündə Azərbaycan tərəfindən sənəd yayılıb
11-12 oktyabr 2021-ci il tarixində Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə əlaqədar Belqradda keçirilən yüksək səviyyəli görüşlə bağlı Hərəkatın sədri qismində Azərbaycan tərəfindən xülasə sənədi yayılıb.
XİN-dən Milli.Az-a verilən məlumata görə, sənəddə iştirakçı üzv və müşahidəçi ölkələlərin, təşkilatların, habelə qonaq ölkə və təşkilatların Azərbaycan və Serbiya tərəfindən birgə təşkil olunan görüşün əhəmiyyətini yüksək qiymətləndirdikləri qeyd olunur. Burada, 1961-ci il Belqrad Konfransının tarixi əhəmiyyətinə diqqət yetirilərək, Qoşulmama Hərəkatının Bandunq Prinsiplərinə uyğun olaraq bütün dövlətlərin sülh şəraitində birgə yaşayışı və dayanıqlı inkişafın təşviq olunması məqsədi və Hərəkatın əsasını qoyan şəxslərin uzaqgörən müdrikliyi və qətiyyəti nəticəsində dünyanın ikinci böyük siyasi platformasının yaradılması təqdir edilir.
Beynəxalq sülh və təhlükəsizliyə olan yeni hədə və təhdidlərə rəğmən hal-hazırda Qoşulmama Hərəkatının artmaqda olan effektivliyi, möhkəmlənən birliyi və müasir çağırışlara uyğunlaşdığı məmnunluqla ifadə edilir.
Tədbir iştirakçılarının beynəlxalq vəziyyəti, o cümlədən beynəlxalq hüquqa hörmətsizliklə müşayiət olunan artmaqda olan siyasi gərginlik, ayrıseçkilik, irqçilik və ksenofobiyanın artımının davam etməsi, COVİD-19 pandemiyası və onun dünya dövlətlərinin sosial-iqtisadi vəziyyətinə təsiri və s. təhlil edərək qlobal səylərin çoxtərəflilik, beynəlxalq əməkdaşlıq və həmrəylik ruhunda səfərbər edilməsinin əhəmiyyətini vurğuladıqları sənəddə öz əksini tapır.
Burada, həmçinin tədbir iştirakçılarının QH-nin hazırkı sədri qismində Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüslərin, o cümlədən COVİD-19 pandemiyası ilə mübarizə sahəsində, eləcə də pandemiya sonrası bərpa ilə əlaqədar təşəbbüslərini yüksək qiymətləndirdikləri vurğulanır.
İştirakçı ölkələrin QH-nin Azərbaycan sədrliyinin, qlobal ehtiyacların qarşılanmasında təsirli töhfəni təmin etmək üçün Hərəkatın beynəlxalq müstəvidəki rolunun və fəaliyyətinin artırılmasına yönəlmiş səylərini dəstəklədikləri sənəddə qeyd olunur.
Onu da bildirmək istərdik ki, yüksək səviyyəli tədbir çərçivəsində baş verən əsas hadisələrdən biri də Azərbaycan sədrliyinin təşəbbüsü ilə bir müddət öncə yaradılmış QH Gənclər Şəbəkəsinin pandemiya sonrası bərpa dövrü ilə əlaqədar Hərəkatın üzv ölkələrinin rəhbərlərinə öz tövsiyələrini təqdim etmələri oldu. Vurğulamaq istərdik ki, Azərbaycan sədrliyinin təşəbbüsü ilə QH-nin Gənclər Şəbəkəsinin yaradılması yüksək səviyyəli tədbirin bir çox iştirakçıları tərəfindən edilən çıxışlarda alqışlanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
WUF13-də Bakı Şəhərsalma Mükafatı təsis edilib - FOTO
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub - FOTO
-
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
-
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - YENİLƏNİB - FOTO
-
Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
XƏBƏR LENTİ
-
Ürək sağlamlığı üçün həftədə nə qədər idman etmək lazımdır?
-
Nə paltaryuyan, nə soyuducu: sobadan daha çox elektrik işlədən cihaz
-
Son dövrün ən çox danışılan super meyvəsi: aronya nədir?
-
Ançelottidən Neymara ciddi şərtlər
-
Yerli əhali ona 'cəhənnəm qapısı' deyir: hər il bir az da böyüyür
-
"Hələ qərar verilməyib, görək, həyat yoldaşım nə deyəcək?"
-
“Uzak Şehir”də növbəti ayrılıq
-
Kartofları təptəzə saxlamağın üsulu
-
Günün qoroskopu: Sizi daşınmaz əmlak alqı-satqısı gözləyir
-
Fərda efirdə ağladı
-
"EFES - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə mərhələsi keçirilib - FOTO
-
ABŞ və İran arasında növbəti danışıqların tarixi açıqlandı
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
İçi şokoladlı peçenye resepti
-
Tacir Şahmalıoğlunun oğlunun toyundan görüntülər - VİDEO
-
“Brent” nefti ucuzlaşdı
-
Pezeşkian: Müharibənin qarşısını almaq üçün bütün yolları araşdırmışıq
-
Səhvən Kralın ölüm xəbərini yaydılar
-
Rusiya Ermənistandan bu məhsulun idxalını məhdudlaşdıracaq
-
Azərbaycanda yasda kütləvi zəhərlənmə - YENİLƏNİB
-
İtaliyadan Okan Buruka nəhəng müştəri var
-
Haluk Levent xəstəxanaya yerləşdirildi
-
Gələcəyi bilmək, yoxsa gələcəyi yaratmaq? Özünüdoğrulayan peyğəmbərlik effekti
-
Xəzərdə zəlzələ oldu





