"Bu iki tarixi günün dəyişdirilməsi gələcək qarşısında məsuliyyətimizdir" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı əsasında 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə xalqımızın Müstəqilliyinin bərpası günü kimi qeyd edilməsi tarixi addımdır. Bununla biz tarixi varidatımızın düzgün dəyərləndirilməsinin nə qədər vacib olduğunu ifadə etmiş oluruq".
Milli.Az SİA-ya-a istinadən bildirir ki, bu sözləri açıqlamasında deputat Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, 1918-ci il 28 may tarixində Azərbaycan xalqı müstəqillik salnaməsini yaratdı: "İlk dəfə olaraq müsəlman şərqində demokratik quruluşlu dövlət elan olundu. O dövrdə Azərbaycanda formalaşmış demokratik düşüncəli ziyalı sinfi xalqı irəliyə apararaq tarixi köklərə, qədim dövlətçilik ənənələrinə əsaslanaraq yeni dəyərlər yaratdı. Onlar bütün dünyaya şərqin və qərbin qovuşuğunda, sözün əsl mənasında, hər iki sivilizasiyanın dəyərlərini özündə birləşdirən dünyəvi bir dövlət təqdim etdilər. Azərbaycan Demokratik Respublikası müstəqillik tariximizin parlaq səhifəsini yazdı. O, bir çox ilklərə imza atmaqla dövrünün ən cəsarətli siyasi düşüncə tərzini dövlətçilik platformasına uğurla transformasiya etdi. Şərqdə ilk Parlamentin yaradılması, bu məsələdə bir çox dövlətləri geridə qoyaraq qadınlara seçki hüququnun verilməsi fəxr edəcəyimiz tarixdir".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, biz müstəqillik tariximizə sahib çıxırıq və onu yaşadanlar qarşısında hər zaman mənəvi borcumuzu dərk edəcəyik: "Müstəqil dövlətimizi 1918-ci ildə yaratdıq. Nəsildən nəsilə qürurla ötürülən bu miras 1991-ci il oktyabrın 18-də elan olunmuş müstəqillik aktı ilə bir daha öz təsbitini tapdı. Tarixi ədalət bərpa olundu. Oktyabrın 18-də müstəqilliyimizi yenidən qazandıq və 1918-ci il mayın 28-də yaradılmış dövlət yenidən dünyanın siyasi xəritəsində müstəqil olaraq parladı - bayrağımız, gerbimiz, himnimiz yenidən bərpa etdiyimiz müstəqil dövlətin simvolları oldu. Ulu öndər Heydər Əliyev tərəfindən möhkəmləndirilən müstəqilliyimiz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əbədiyyətə çevrildi. Bu gün biz ən qürurlu tariximizi yaşayır, yaradırıq. İşğaldan azad edilən torpaqlarla Azərbaycan bütövləşdi. Üçrəngli bayrağımız vətən torpağının hər qarışında qürurla dalğalanır. Müstəqil Azərbaycanın Zəfər salnaməsini yaratmış müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tarixin bütün sınaqlarından alnı açıq çıxaraq işıqlı gələcəyini təmin edib. Bu baxımdan 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Xalqımızın Müstəqilliyinin Bərpası Günü kimi qeyd edilməsi keçmişə minnətdarlığımız, gələcək qarşısında məsuliyyətimizdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
XƏBƏR LENTİ
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Üzərinə “Şəhid anası” yazılmış nömrəsiz maşınla qaydaları pozdu, saxlanıldı - (Video)
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”





