Siyasət

Sahibə Qafarova Sankt-Peterburqa səfər edib - FOTO

12 Oktyabr 2021 22:13
0 Şərh     Baxış: 571

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Üçüncü Avrasiya Qadın Forumunda iştirak etmək üçün oktyabrın 12-də Rusiya Federasiyanın Sankt-Peterburq şəhərinə səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Hicran Hüseynova, deputatlardan Pərvin Kərimzadə, Sevinc Fətəliyeva, Ülviyyə Həmzəyeva, Fatma Yıldırım və digər rəsmi şəxslər daxildirlər.

TÜRKPA-nın plenar iclasında Türküstan Bəyannaməsi qəbul olunub
BMTM-nin "44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr" adlı hesabatının təqdimatı keçirilib
Aİ-nin xüsusi nümayəndəsi ermənilərin Ağdam Şəhidlər xiyabanındakı vandallıq əməlləri barədə məlumatlandırılıb
Sankt-Peterburqun "Pulkovo" hava limanında nümayəndə heyətini ölkəmizin Sankt-Peterburq şəhərindəki Baş konsulu Sultan Qasımov, Sankt-Peterburq şəhərinin Xarici Əlaqələr üzrə Komitə sədri Yevgeni Qriqoryev , Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Sankt-Peterburqun Tavriya sarayında keçiriləcək Forumda Milli Məclis sədrinin çıxışı nəzərdə tutulub. Forumda nümayəndə heyətinin üzvləri tədbirdə müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək, öz fikirlərini açıqlayacaqlar.

Səfər çərçivəsində parlamentin sədri Sahibə Qafarovanın tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də gözlənilir. Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər oktyabrın 14-də başa çatacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.