Çinin “Qədim məskənlər” mədəniyyət parkında Heydər Əliyev Fondu tərəfindən yaradılan Azərbaycan pavilyonu açılıb - FOTO
Çin Xalq Respublikasının Benbu şəhərindəki "Qədim məskənlər" mədəniyyət parkında Heydər Əliyev Fondu tərəfindən yaradılan "Azərbaycan mədəniyyətinə pəncərə" adlı pavilyon fəaliyyətə başlayıb.
Qeyd edək ki, parkda məhdud sayda xarici milli pavilyonlardan birinci fəaliyyətə başlayanı məhz Azərbaycan pavilyonudur.
Milli.Az Trend-ə istinadən bildirir ki, pavilyonda Azərbaycan müxtəlif xalçaçılıq məktəblərini təmsil edən xalça və kilimlər, misgərlik, dekorativ yaradıcılıq və şəbəkə sənəti nümunələri, bəzək əşyaları, milli geyimlərimiz, musiqi alətləri, habelə Fondun Azərbaycan mədəniyyətinə, tarixinə, ölkəmizin müasir inkişafına dair nəşrləri, milli suvenirlər nümayiş olunur. Bundan başqa, Azərbaycanın dahi şari və mütəfəkkiri Nizami Gəncəvinin büstü, "Xarıbülbül", "Qız qalası" və "Ceyranlar" silsiləsindən heykəltəraşlıq əsərləri, Qobustan qaya rəsmlərininin imitasiyası da nümayiş olunan eksponalar arasındadır.
"I love Baku" stendində isə ziyarətçilərə Azərbaycana aid müxtəlif suvenirlər təqdim edilir. Pavilyonda quraşdırılmış monitorlarda isə Azərbaycan mədəniyyətinə, ölkəmizin tarixi və müasir memarlığına, Azərbaycanda keçirilən nüfuzlu tədbirlərə aid videoçarxlar nümayiş olunur.
Əldə olunmuş razılığa əsasən Azərbaycan pavilyonu uzunmüddətli əsasda fəaliyyət göstərəcək və Çinin ən iri turizm layihələrindən olan "Qədim məskənlər" mədəniyyət parkını hər il ziyarət edəcək milyonlarla qonaq Azərbaycan mədəniyyəti haqqında məlumat əldə edə biləcək.
Oktyabrın 11-də Çin Xalq Nümayəndələr Yığıncağı Daimi Komitəsinin (parlament) sədr müavini, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Çen, Anhuy vilayətinin və Benbu şəhərinin rəhbər şəxləri, Çindəki diplomatik korpusun təmsilçiləri "Qədim məskənlər" pakında açılan Azərbaycan pavilyonunda olub.
Qeyd edək ki, Benbu şəhərindəki Lonci gölünün ətrafında salınmış "Qədim məskənlər" mədəniyyət parkı 333 hektar sahəni əhatə edən iri mədəniyyət layihəsidir. Ərazidə Çin tarixində və mədəniyyətində xüsusi yeri olan məbədlərin oxşarı da daxil olmaqla ənənəvi Çin memarlığı üslubunda 450 bina inşa edilib. Parkın ərazisində təxminən 10 min nadir ağac növləri əkilib. Anhuy vilayəti və Benbu şəhər hökumətinin dəstəklədiyi "Qədim məskənlər" parkı tarixi, mədəni və ekoloji muzey rolunu oynayır. Parkdakı pavilyonlarda Çin mədəniyyətinə, ölkənin müxtəlif bölgələrinə, Çinin tarixi şəxsiyyətlərinə və tanınmış incəsənət adamlarına həsr olunan pavilyonlarla yanaşı, müxtəlif xalqların mədəniyyəti də təqdim olunacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
XƏBƏR LENTİ
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı





