Siyasət

Azərbaycanda 18 oktyabrın qeyri-iş günü elan edilməsi təklif olundu

11 Oktyabr 2021 13:02
1 Şərh     Baxış: 3 012

"Oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Bu, çox əlamətdar hadisədir".

Milli.Az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında "Müstəqlillik Günü haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, indiki qüvvədə olan sənədlərə görə 28 May qeyri-iş günü və 18 oktyabr iş günüdür: "Mən bunlar arasında fərq qoyulmasını düzgün hesab etmirəm. Dövlət bayramı gününün qeyd edilməsi Prezidentin fərmanında varsa, onun peşə günü kimi qeyd edilməsini istəmirik. Hər iki bayram günü qeyri-iş günü kimi qeyd edilməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.