Azad edilmiş ərazilərdə bərpa işlərinə ən böyük maneə minalardır - Ceyhun Bayramov
Azad edilmiş ərazilərdə aparılan bərpa işlərinə ən böyük maneə ermənilərin işğal dövründə həmin əraziləri minalamasıdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, münaqişənin artıq keçmişdə qaldığını nəzərə alaraq Azərbaycan üçün hazırda bir nömrəli məqsəd uzun illər ərzində işğal altında olan torpaqların ən qısa zamanda tam bərpa edilməsi və insanların öz ata-baba torpaqlarında yenidən məskunlaşmasının təmin edilməsidir:
"Bununla bağlı bir çox istiqamətlərdə çox fəal işlər gedir. Burada işləri çətinləşdirən məqamlardan biri ərazilərin çox ağır formada minalanmasıdır. 8 aya yaxın bir müddət ərzində Ermənistan üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq mina xəritələrini verməkdən imtina edirdi və belə bir xəritələrin olmamasını iddia edirdi. 8 aydan sonra 3 bölgə ilə bağlı mina xəritələri Azərbaycana təqdim edildi və özlərinin verdikləri xəritələrə əsasən həmin ərazilərdə piyada və tank əleyhinə 200 minə yaxın minanın olması bildirildi. Digər bölgələrlə bağlı isə mina xəritələri hələ də təqdim edilməyib. Verilmiş mina xəritələrinin keyfiyyəti çox aşağıdır, təxminən 25 faizi faydalı hesab oluna bilər. Təbii ki, bu məqamlar orada aparılan quruculuq işlərinə mənfi təsir edir".
Nazir qeyd edib ki, bütün bunlara baxmayaraq, bir ildən az olan bir müddət ərzində azad edilmiş ərazilərdə çox böyük işlər görülüb:
"8 ay ərzində Füzuli şəhərində beynəlxalq hava limanı tikilib başa çatdırılıb və artıq ilk uçuşlar həyata keçirilib. Hazırda 13 istiqamətdə avtomobil yolları inşa edilir, Zəfər yolu istifadəyə verilib, elektrik xəttləri çəkilir və bu işlər davam etdirilir, Ağdamın Baş planı təsdiq edilib və işlərə başlanılıb. Bir sıra yaşayış məntəqələrində ağıllı kənd layihələri həyata keçirilir. Azərbaycan bərpa işlərinin sürətlə aparılmasında çox israrlıdır. Biz dost və qardaş ölkələrlə əməkdaşlıq edirik və təbii ki, bu işlərdə qardaş Türkiyə şirkətləri ilk yerdə qərarlaşıb və bu işlər uğurla davam etdirilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
XƏBƏR LENTİ
-
“Səhər tezdən bunun şahidi oldum” - Zaur Baxşəliyevi kövrəldən an - (Video)
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
-
Bakıda skuterdən yıxılan kişi öldü
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
-
Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Azərbaycan Qran-Prisi: İsak Hadjar yarışlara qayıdır
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Martin Ryan əfv edilib
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)





