Siyasət

Bu səlahiyyət DOST-dan alındı - Fərman

21 Sentyabr 2021 13:56
Baxış: 1 201

Övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin vəzifələri sırasından çıxarılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər siyahısına əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi də daxil edilib.

Eyni zamanda mediasiya xidmətlərinin təşkili də DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə olunub.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.