Siyasət

Cəmil Babayev Azərbaycana qaytarıldı

7 Sentyabr 2021 20:32
Baxış: 3 378

20:32

Ağdərədə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev Azərbaycana qaytarılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əsir düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasından məlumat verilib. Məlumatda bildirilir ki, C. Babayev Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycana qaytarılırb.

C. Babayev Artur Nalbandyan və Aramais Torozyan adlı 2 erməni əsgərlə dəyişdirilib.

-------
20:06

Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayev Azərbaycanda saxlanan iki erməni ilə dəyişdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, onların olduğu təyyarə Bakıdan Yerevana uçub.

Dəyişdirilmə prosesi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov iştirakı ilə baş tutub.

Qeyd edək ki, Ermənistan mətbuatı avqustun 25-də Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yaymışdı.

Xatırladaq ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.